/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD-ə qarşı əməliyyatlar davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Fransa Suriyanın Rəqqa şəhərini yenə bombardman edib. ABŞ-a məxsus aviadaşıyıcı gəmi İŞİD-lə mübarizə məqsədi ilə Yaxın Şərqə istiqamət götürüb. İtaliya isə Suriyada hərbi əməliyyatlara qoşulmayacağını bəyan edib.
Fransa İŞİD-in Suriyanın şimalında Rəqqa şəhərində yerləşən bazasını üçüncü dəfə bombardman edib. Fransanın müdafiə naziri bu barədə məlumatı təsdiqləyib. Qeyd edək ki,Fransa İŞİD-in mövqelərinə bazar ertəsi 20, dünən 16, bu gün isə 10 raket zərbəsi endirib.
ABŞ-a məxsus aviadaşıyıcı gəmi İŞİD-lə mübarizədə iştirak etmək üçün Yaxın Şərqə yollanır. Bu barədə Qərb mətbuatı məlumat yayıb. Gəminin dekabrın ortalarında Fars körfəzinə çatacağı gözlənilir. Pentaqon da hazırda gəminin Aralıq dənizinin şərqinə dislokasiya edilərək terrorçuların mövqelərinə zərbələr endirilməsi məsələsi nəzərdən keçirir. Pentaqondakı mənbə aviadaşıyıcı gəminin bölgədə bir neçə gün qalacağını bildirib. Suriyada hökümət qüvvələri isə terrorçuların Deraa şəhərinə daxil olmaq cəhdlərinin qarşısını alıb. Bu barədə mətbuat konfransında ordunun rəsmi nümayəndəsi, briqada generalı Əli Mayhub bildirib."Suriya ordusu cənub regionunda terrorçuların hökumət qüvvələrinin mövqelərini yararaq Deraa şəhərinə daxil olmaq cəhdlərinin qarşısını almaqla Şeyx-Miskin yaşayış məntəqəsi zonası üzərində nəzarəti ələ alıb. Çoxlu sayda yaraqlı, onların silah və texnikası məhv edilib. Deraa yaxınlığında ekstremistlərin iki komanda məntəqəsi, partlayıcı maddələr istehsalı sexi zərərsizləşdirilib. - deyə Mayhub bildirib.

09:00 / 18.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 14693
Bu ay: 265889
Ümumi: 13755505
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın