/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Paris terrorundan sonrakı dünya düzəni

Şriftin ölçüsü:  11px13px15px17px

Parisdə yaşanan qanlı gecə dinindən, irqindən aslı olmayaraq, hər kəsi kədərləndirdi. Müsəlmanlar bu hadisənin islama aid hərəkət olmadığını desələr də, qərbdə bəziləri belə düşünmürlər. Parisdə baş verən terror hadisələrindən sonra qərbdə yaşayan müsəlmanların vəzziyəti çətinləşib desək, yanılmarıq. Belə ki, fransada yaşayan müsəlmanların demək olar ki, hamısı ciddi nəzarət altındadır. İslama inananlara qarşı bü cür sərt addım Slovakiyada da atılıb. Ölkənin baş naziri Robert Fiko onların hər birini izləyəcəklərini deyib. Slovakiya islam vəqfindən baş nazirin bu sözlərinə sərt reaksiya gəlib. Qurum, hökuməti insanları dininə görə ayırmaqda ittiham edib. Avropanın digər ölkəsində, Belçikada təhlükə səviyyəsi 4 ballıq şkala üzrə 3-cü dərəcəyə qaldırılıb. Bu o deməkdir ki, terror təhlükəsi mümkün və ehtimal ediləndir. Xəbərdarlıq, ilk növbədə, insanların sıx toplaşdığı yer və tədbirlərə şamil edilir. Bununla əlaqədar , Belçika və İspaniya yığmaları arasında noyabrın 17-ə təyin olunmuş yoldaşlıq matçı da ləğv edilib. Bu arada Fransada yaşayan müsəlmanlar bir araya gələrək fransızlarla həmrəylik nümayiş etdiriblər. Terrorçuluğu, həmçinin din adı altında gizlənən istənilən hərəkətləri pisləyiblər. Fransada keçirilən aksiyaya dünya müsəlmanları da qoşulub. Bütün ölkələrdən olan istifadəçilər sosial şəbəkələrdə Fransaya dəstək fleşmobu keçiriblər.

19:00 / 17.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 17017
Bu ay: 285058
Ümumi: 13774674
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın