/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Miqrantlara qarşı münasibət dəyişir

Şriftin ölçüsü:  11px13px15px17px

130 dan çox insanın ölümünə səbəb olan Paris qətliamından sonra bir çox ölkələrdə miqrantlara qarşı münasibət dəyişib. Artıq bəzi dövlətlər Avropaya pənah gətirən qaçqınlardan imtina edirlər. Belçika isə bütün ölkə ərazisində təhlükə səviyyəsini üçüncü dərəcəyə yüksəldib.
Almaniyada Parisdə törədilən terror aktı ilə bağlı məlumatlı olan şəxs saxlanılıb. Əlcəzair vətəndaşı qaçqınlar üçün sığınacaqda yaşayıb. Burada o, qonşularına terror aktlarının hazırlanması və "Parisin qorxu və dəhşətə məruz qalacağı" barədə xəbərdarlıq edib. Hazırda Almaniyada hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib. Belçika hökuməti isə ölkədə üçüncü dərəcəli təhlükəlilik səviyyəsi elan edilib. Bu o deməkdir ki, terror aktları mümkün və ehtimal ediləndir. Xəbərdarlıq, ilk növbədə, insanların sıx toplaşdığı yer və tədbirlərə şamil edilir. Hətta futbol üzrə Belçika və İspaniya yığmaları arasında keçirilməli olan yoldaşlıq görüşü belə, təhlükəsizlik səbəbi ilə ləğv edilib. Oyun 50 min tamaşaçının iştirakı ilə Brüsseldə keçirilməli idi. Matçın ləğv edilməsinin təşəbbüskarı belçika futbol ittifaqı olub.
Slovakiya isə Paris hadisələirndən sonra ölkədə yaşayan bütün müsəlmanları nəzarətdə saxlamaq barədə qərar qəbul edib. Bu barədə baş nazir Robert Fico məlumat verib. ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp isə çarəni ölkdə məscidləri bağlamaqda gördüyünü deyib.
Yeri gəlmişkən, ABŞ Parisdə baş verən terror aktlarına və öz ünvanına gələn hədələrə rəğmən, 2016-cı ildə 10 min suriyalı qaçqını qəbul etməklə bağlı planlarını dəyişməyə hazırlaşmır. Belə açıqlama ilə Dövlət Departamenti çıxış edib. Eyni zamanda, qaçqınların tam yoxlama prosedundan keçməli olacaqlarını da qeyd edilib. Lakin 11 ştatın suriyalı qaçqınları qəbul etməkdən imtina etdiyi bildirilib. Səbəb kimi “İctimai təhlükəsizlik” göstərilir.

13:00 / 17.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 14478
Bu ay: 265674
Ümumi: 13755290
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın