/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Müsəlmanlar etiraz edir

Şriftin ölçüsü:  11px13px15px17px

Fransanın paytaxtı Paris və ətrafında yaşanan hadisələrdən sonra, müsəlmandarın avropada vəziyyəti bir qədər də ağırlaşıb. Müsəlmanlar isə dinin adından istifadə etməklə terror aktlarını həyata keçirənlərin, islama aid olmadığını deyirlər.
Fransada yaşayan müsəlmanlar bir araya gələrək, terrorizmi, həmçinin din adı altında gizlənən istənilən hərəkətləri pisləyiblər. Onlar günahsız yerə aqressiya ilə qarşılaşacağlarından qorxurlar. Fransa xalqı ilə həmrəyliyiə, dünya müsəlmanları da qoşulublar. Onlar sosial şəbəkələrdə Fransaya dəstək fleşmobuna start veriblər. Və Parisdə törədilən terror aktlarını pisləyiblər. İnternetə özlərinin «Mənimadımdanyox" heşteqi ilə müşayiət olunan fotolarını yerləşdiriblər. Sosial şəbəkədə müsəlmanların dünyaya verdiyi böyük simalar və kəşflər barədə də məlumatlar yerləşdirlir. Bura ilk universitet və xəstəxananın yaradılmasından tutmuş, cəbr, kimya, astronomiya, triqonometriya kimi elmlərin inkişafında müsəlmanların rolu daxildir.
İnternetdə müsəlmanların belə şüarlarına da rast gəlinir: "Mən müsəlmanam, terrorçu deyiləm", "İslam sülhün lehinədir", "Biz terrora qarşıyıq", "Mənim dinim məni qatil etmir". Bu arada Avstraliyada "Avstraliya müsəlman partiyası" adlı yeni siyasi təşkilat yaradılıb. Sidney sakini, partiyanın sədri Dia Məhəmməd bildirib ki, onlar qarşıdan gələn parlament seçkilərində iştirak etməyə hazılaşırlar. Məlumata görə, Avstraliyada yarım milyonadək müsəlman yaşayır. Lakin ölkə parlamentindəki 250 deputatdan yalnız biri özünü müsəlman sayır. Bu siyasi təşkilatın yaradılması ilə Avstraliyadakı müsəlmanlar səslərinin daha çox eşidilmək imkanı qazanacaqlar.

13:00 / 17.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 14851
Bu ay: 266047
Ümumi: 13755663
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın