/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD-in neft satdığı terminal partladıldı

Şriftin ölçüsü:  11px13px15px17px

Fransa aviasyiası İŞİD-in Suriyanın Deyr Əz-Zordakı bölgəsindəki neft satışı terminalını partladıb. Suriya ordusu isə Palmir rayonunda müxaliftə məxsus 40 terrorçu və 20 zirehli maşını məhv edib. Bu barədə Latakiyada jurnalistlərə Suriya ordusunun briqada generalı Əli Mayhub bildirib. "Homs əyalətinin Palmir istiqamətində Əl-Qiyal dağları yaxınlığında əksəriyyəti əcnəbi olan 40-dan çox terrorçu məhv edilib. Həmçinin onların 20 zirehli maşını və üzərinə pulemyot quraşdırılmış cip avtomobilləri sıradan çıxarılıb", - deyə genral bildirib. Bu arada sosial şəbəkələrdə İŞİD terror qruplaşmasının 200 suriyalı uşağı kütləvi şəkildə qətlə yetirdiyni əks etdirən video görüntülər üzə çıxıb. Görüntülər terror qruplaşmasının yəməndəki döyüşçüləri tərəfindən yayılıb. Fransa müdafiə naziri Jan İv Le Drian ölkəsinin Suriyada həyata keçirdiyi hava hücumları zamanı İŞİD-in nəzarətində olan neft satışı terminalının vurduğunu açıqlayıb. "Frans press"-in yaydığı xəbərdə bildirilir ki, sözügedən məntəqə Suriyanın şərqində, İŞİD-in 1 ilə yaxındır ələ keçirdiyi Deyr Əz-Zor qəsəbəsində yerləşir. Fransa müdafiə naziri bildirib ki, artıq Fransa Silahlı Qüvvələri Suriya ərazisində üç hava əməliyyatı həyata keçirib və bombardmanda İŞİD-ə aid bir çox hədəflər məhv edilib. Qeyd edək ki, Fransa prezidenti Fransua Olland ölkəsinin İŞİD-ə qarşı koalisiyada təmsil olunması ilə bağlı qərarı iyulda verib. Əvvəllər hava hücumları zamanı Fransada terror aktları törətməyi planlaşdıran cihadçılar hədəfə alınıb. Bu arada ABŞ və Türkiyə liderləri Suriyadakı vəziyyəti müzakirə ediblər. Ağ evin yaydığı məlumatda bildirilir ki, Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu arasında telefon danışığı olub. "Liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər, müxalifətin möhkəmləndirilməsi yolunda səylərin genişləndirilməsi və İŞİD qruplaşmasına təzyiqlərin artırılmasının vacibliyi vurğulanıb. Prezident Obama həmçinin bəyan edib ki, Türkiyədə PKK terroruna son qoyulmalıdır”- ağ evin məlumatda belə deyilir. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər, Antalyada noyabrın 15-16-da keçiriləcək böyük iyirmlərin sammiti barədə fikir mübadiləsi aparılıb.

13:00 / 10.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 16863
Bu ay: 284904
Ümumi: 13774520
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın