/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriya ordusu ölkəni təmizləyir

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya təyyarələri 27 gün ərzində Suriya səmasında 934 uçuş həyata keçiriblər. Nəticədə terrorçuların 819 mövqeyi dağıdılıb. Bundan başqa onlara məxsus 71 komanda qovşağı, 10 zavod və partlayıcı istehsal edən obyekt, 30 anbar və 212 dayaq nöqtəsi partladılıb. Terrorçuların mindən çox canlı qüvvəsi də məhv edilib.
Rusiya qırıcıları ekstremistlərin mövqelərini fasiləsiz olaraq bombalayır. Əsas hədəf İdlib, Homs, Hələb şəhərləridir. Sutka ərzində 120-dən çox terrorçunun məhv edildyi bildirilir. Onların 7-si səhra komandiridir. Suriya ordusu da artileriya və ağır texnikadan istifadə etməklə, terrorçuların mövqeyinə hücumları davam etdirir. Artıq Dəməşq-Homs magistral yolu hökumətin nəzarətinə keçib. Həma şəhərində şiddətli döyüşlərin getdiyi bildirilir. Hazırda hərbçilər Harast və Cobar yaşayış məntəqələrinə doğru irəliləyirlər. Harast şəhərində Rusiyanın «Raşa tudey» telekanalının əməkdaşları minaatanardan atəşinə məruz qalıblar. Heç kimin zərər çəkmədiyi bildirilir.
«Əl-Vətən» qəzetinin yazdığına görə, hərbçilər, hanasir bölgəsi yaxınlığında da terrorçuları sıxışdırırlar. Artıq iki strateji yüksəklik ordunun əlinə keçib. Xəbər verilir ki, ekstremistlər, bəzi hallarda müqavimət göstərmədən mövqelərini trək etməyə başlayıblar. Hələb, Homs və digər şəhərlərin sakinləri, könüllü dəstələr və istehkamlar yaradaraq orduya kömək edir.

19:00 / 26.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 23307
Bu ay: 432723
Ümumi: 13922339
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın