/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya Suriyada mövqeyini gücləndirir

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya təyyarələri Suriyada hərbi əməliyyatları davam etdirir. İdlib şəhərinə endirilən raket zərbələri nəticəsində 10 dinc sakin həyatınıv itirb. Ölənlərdən üçünün uşaq olduğu bildirilir. Xeyli sayda yaralı var. Bir neçə yaşayış evi dağılıb, təsərrüfata da ziyan dəyib. «Rusiya, terrorçularla mübarizəni gücləndirmək məqsədilə Suriyada hərbi baza tikməyi planlaşdırır». Bəyanatı Müdafiə Nazirliyinin baş qərargah rəisinin müavini Andrey Kartapolov səsləndirib. Bildirb ki, bu, dəniz, hava və quru qoşunları koponentlərindən ibarət kompleks olacaq. Onun sözlərinə görə, ekstremistlərin mövqelərinin bombalanması üçün aralıq dənizindəki hərbi-dəniz qüvvələrindən də istifadə oluna bilər. Kartapolov, həmçinin, hava zərbələrinin uğurlu nəticə verdiyini deyib. Qərargah rəisi onu da əlavə edib ki, rusiya qırıcıları ancaq ekstremistlərin mövqelərin bombalayır.
Bu arada Rusiyaya məxsus «Su-30» qırıcıları ilk dəfə İraq ərazini bombalamağa başlayıb. Ökədəki ağır vəziyyəti nəzərə alaraq moskva, təcili olaraq iraqa müxtəlif növ hərbi təyyarə və helikopterlər, o cümlədən «Tos 1 a» odsaçan sistemlər, «Pansir s-1» raket kompleksi və zirehli nəqliyyat vasitələri çatdırıb. Suriya münaqişəsi başlayandan ölənlərin sayı 250 mini ötüb. Bu barədə suriyada insan haqları üzrə müşahidə qrupu məlumat verib. Hesabatda göstərilir ki, həyatını itirənlərin 74 min 426 nəfəri mülki vətəndaşlarıdır ki, onların da 12 min 517 mini uşaqdır.

13:00 / 17.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 12689
Bu ay: 263885
Ümumi: 13753501
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın