
ABŞ-da meşə yanğınları bəzi ərazilərdə çətinliklər yaradıb. Filippində isə Fırtınaya hazırlaşırlar. Kaliforniyada meşəni bürüyən alov artıq yaşayış məntəqələrinə çaıtb. Son məlumatlara əsasən, 13 mindən çox sakin təxliyyə olunub. Yanğınla əlaqdəar ştatın bəzi ərazilərində fövqaladə vəziyyət elan olunub. Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən qeydə alınan yanğınlar nəticəsində 4 milyon hektar meşə zolağı məhv olub.
Bu arada Sakit okeanın şərq sahillərində tüğyan edən «Olaf» tropik qasırğası abş sahillərinə yaxınlaşır. Məlumata görə, küləyin surəti saatda 65 km -ə çatır. Sakinlər təşviş içindədirlər.
Filippində də oxşar vəziyyət yaşanır. Lando fırtınasının yaxınlaşması səbəbindən sahilyanı ərazilərdən əhalinin köçürülməsinə başlanılıb. Sinoptiklər leysan olacağını və güclü daşqının baş verəcəyini proqnozlaşdırıblar. Fırtınanın mərkəzində küləyin surəti saatda 180 km çatır.
13:00 / 17.10.2015