/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Yaşayış məntəqələri terrorçulardan təmizlənir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya ordusu terrorçulara qarşı əks-hücuma keçib. Hökumət qüvvələrinin hücumu Dəməşqdən 165 km. uzaqlıqda yerləşən Homs şəhərindən başlayıb. Artıq Əl-Xalidiyyə və Dar-Əl Kəbir yaşayış məntəqələrinin yaraqlılardan təmizləndiyi bildirilr. Yüksək rütbəli hərbi qulluqçulardan birinin sözlərinə görə, hücum, Rusiya təyarələrinin hava zərbələrindən sonra mümkün olub. «Əl-Məyadin» telekanalının məlumatına əsasən, qarşıdurmalar zamanı 30-dan çox ekstremist məhv edilib. Onlara məxsus silah – sursat isə müsadirə olunub. Hazırda hücumun istiqaməti Əl-Qacar, Əl-Qantu və Keysin bölgələrinə yönəlib. Ötən gün isə ordu və könüllü dəstələrin həmləsi nəticəsində Həma əyalətinin Əl-Mənsuriyyə və Lahay qəsəbələrini terrorçulardan geri almaq mümkün olub. Artıq yaraqlıların digər əraziləri də tərk etməyə başladığı bildirilir. Rusiya qırıcıları da hava zərbələrini davam etdirirlər. Hələb şəhərinin bombalanması zamanı İŞİD – in komanda məntəqəsi sıradan çıxarılıb. İdlib şəhərində isə fuqas minaları istehsal edən sex partladılıb. Məlumatı Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov verib.

19:00 / 15.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 10167
Bu ay: 545069
Ümumi: 15311610
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın