/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Putin Rusiyanın Suriya ilə bağlı planlarını açıqladı

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Suriyada apardığı əməliyyatlarla bağlı bir sıra mühüm məsələlərə aydınlıq gətirib. Yerli telekanalardan birinə müsahibə verən Putin bildirib ki, Rusiya hərbçiləri İŞİD terror qruplaşmasına qarşı yerüstü əməliyyatlar aparmayacaq. Putin deyib ki, Rusiya aviasiyasının apardığı əməliyyatlar təsadüfü baş verməyib. Əməliyyatlar əvvəlcədən nəzərdə tutulmuş plan üzrə həyata keçirilir. Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatlarla bağlı danışan Putin deyib ki, əməliyyatlardan əvvəl havadan və kosmosdan araşdırma aparılıb. Putin əməliyyat planları barədə əvvəlcədən bir çox ölkələrə məlumat verildiyni açıqlayıb. Suriyada davam edən hərbi əməliyyatların səbəbləri barədə suala isə Putin, məqsədlərinin bu ölkədə leqitim hökuməti qorumaq olduğunu deyib. Putin, həmçinin moskvanın Suriyada terrorçuluqla mübarizəyə dair təkliflərinin Amerika hərbçilərinə göndərdiyini diqqətə çatdırıb Vladimir Putin Rusiyanın Suriyada guya şiələr tərəfindən sünnülərə qarşı vuruşmasına dair fikirləri rədd edib. Rusiya prezidenti bəyan edib ki, ölkəsinin Suriyadakı əməliyyatlarının müddəti hökumət qüvvələrinin hücum əməliyyatları ilə məhdudlaşdırılacaq. "Biz üzərimizə artıq öhdəliklər götürə bilmərik və bunu heç vaxt etməmişik. Mən ən əvvəldən bildirmişəm ki, bizim Suriyada işimizin aktiv fazası zamanla Suriyanın öz ordusunun hücum əməliyyatları ilə məhdudlaşacaq", - deyə o bildirib.

09:00 / 12.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 14463
Bu ay: 43401
Ümumi: 17263854
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın