/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Suriya ordusu şəhəri azad edib

Şriftin ölçüsü:  11px13px15px17px

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Əl-Baxsa şəhərini terrorçulardan azad edib. Pentaqon rəsmiləri isə Rusiyanı İŞİD qədər təhlükəli elan ediblər. Rusiya Hərbi Hava Qüvvələrinin İŞİD - in mövqelərini bombalaması nəticəsində ikisi komandir olmaqla, 200 yaraqlı məhv edilb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, hücumların sayı daha da artırılacaq.
Son sutka ərzində Rusiya təyyarələri 67 uçuş həyata keçiriblər. Terrorçuların 60 obyektinə hava zərbəsi endirilib. Hədəf kimi əsasən terrorçuların komanda məntəqələri, silah - sursat anbarları götürülüb. Bundan başqa, Raqqa, Latakiya, Həma, İdlib və Hələb şəhərlərində İŞİD-in təlim düşərgələri də bombalanıb.
Bu arada Suriya müxalifəti Rusiya ilə dialoqa hazır olduğunu bəyan edib. Bu barədə Suriya müxalifətinin liderlərindən biri - Bədr Camus bildirib. Qeyd edib ki, Rusiyanın Suriyadakı əməliyyatları danışıqların başlamasına mane olur. Camusun sözlərinə görə, Bəşər Əsəd hökuməti Rusiya hərbçilərinə düzgün məlumat vermir və bu səbəbdən İŞİD terrorçularınnı əvəzinə müxalifət qüvvələri zərbə altına düşür. Bu arada Suriya ordusu Həma vilayətindəki Əl-Bahsa şəhərini terrorçulardan azad edib. Bu barədə Suriya ordusunun nümayəndəsi Samir Süleyman bildirib.
“Rusiyanın son bir neçə gündə Suriyadakı hərəkətləri regionu və Moskanın özünü risk altında qoyur. Rusların Suriyadakı strategiyası tamamilə səhvdir və bu səhv Suriyada vətəndaş müharibəsini daha da qızışdıracaq”. Bu sözləri ABŞ - ın müdafiə naziri Eşton Karter bildirib.
Pentaqonun rəsmi nümayəndəsi Piter Kuk isə bildirib ki, ABŞ İŞİD terror qruplaşması ilə mübarizə aparan Suriya üsyançılarına dəstək taktikasını dəyişir. Pentaqon İŞİD - ın nəzarətində olan ərazilərdə əməliyyatlar keçirmək üçün etibarlı liderlər və onların tabeçiliyində olan yaraqlıları silahla təmin edəcək. Bu, Bəşər Əsəd rejiminə qarşı döyüşən birləşmələrin hazırlanması və təmin edilməsi ilə bağlı əvvəlki proqramlardan imtina deməkdir.

13:00 / 10.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 14559
Bu ay: 265755
Ümumi: 13755371
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın