/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Əməliyyatlar davam etdiriləcək

Şriftin ölçüsü:  11px13px15px17px

Qərb dövlətləri Rusiyanı Suriya torpaqlarında terrorla mübarizədə müttəfiqdən çox maneə kimi görürlər. Yaranmış vəziyyət suallar doğurur: Rusiya üçün Suriyadakı əməliyyatların müsbət və mənfi tərəfləri nədir? Kreml nə vaxt rus əsgərini geriyə çağırmağı düşünür? Rusiya qırıcıları bir həftəyə yaxındır Suriyada İŞİD terrorçularının mövqelərinə aviazərbələr endirir. Bəzi qərb dövlətləri bu əməliyyatları tənqdid etsə də, Rusiya siyasi dairələri prezident Vladimir Putinin qərarını alqışlayır. Müxalifət lideri Gennadi Züqanov Kremlin xarici siyasətində SSRİ-nin mövqeyini görür və bu, Rusiya kommunistləri tərəfindən bəyənilir. Moskvada hesab edirlər ki, qərb koalisiyası İŞİD-ə qarşı mübarizə elan etsə də, imitasiya ilə məşğuldur. Nəticə göz önündədir: İŞİD irəliləyir. Bu uğurda isə, Kreml Rusiya üçün təhlükə görür. Çünki İŞİD Amerika Birləşmiş Ştatları ərazisinə yox, Rusiya ərazisinə yaxın yerdə vuruşur. Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Bəşər Əsədi də devirmık istəmir. Çünki Əsəd Qərbə bu regionda sərf edən siyasətçidir. İstəsəydi, 2012-ci ildə onu aradan götürərdi. Bu fikirlər isə, rusiyalı siyasətşünas Heydər Camala məxsusdur. O, öz fikrini «Səddamı, Qəddafini, Mübarəki devirən Qərb niyə Əsədi devirmir» sualını verməklə izah edir. Dövlət Dumasında hesab edirlər ki, Kreml Suriya siyasətində israrlıdır. Və Rusiya bu ölkədən tezliklə çıxmayacaq. Rusiya qırıcılarının Suriyadakı uğurlu əməliyyatları hələki rəsmi Moskvanın ürəyincədir. Elə müxalif partiyalar da bu əməliyyatlara dəstək nümayiş etdirirlər. Rusiya siyasi qüvvələri indiki mərhələdə Suriya məsələsində geri çəkilməyi qeyri-mümkün hesab edirlər. Anar Həsənov

13:00 / 08.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 18
Bu ay: 28956
Ümumi: 17249409
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın