/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Gərginlik pik həddə çatıb

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyanın Suriyada hava əməliyyatlarına koalisiya dövlətlərinin reaksiyası davam edir. Bu ölkənin qırıcılarının Türkiyənin hava sərhədini 2 dəfə pozması gərginliyi pik həddə çatdırıb. Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, hadisəyə səbəb pis hava şəraiti olub. NATO və Birləşmiş Ştatlar da müttəfiqlərinin hava sərhədinin pozulması ilə bağlı narahatlığını açıqlayıb. Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri isə daha sərt reaksiya göstərib. Bir neçə gün öncə ABŞ prezidenti Barak Obama da Rusiyanın Yaxın Şərq siyaətini sərt tənqid edib. Bildirib ki, rəsmi Moskvanın əsədə müxalif olan bütün qruplara terrorçu kimi yanaşması bu ölkə üçün fəlakətə gətirib çıxara bilər. Obama ölkəsinin terrorla mübarizədə Rusiyayla koordinasiyanı dayandıra biləcəyini istisna etməyib. Görünən odur ki, Obamanın ifadə eləməyə çalışdığı fəlakət ssenarisi artıq işə düşməyə başlayıb. Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 50 sünni dini lider rusiya və irana qarşı cihada çağırış edib. Tənqidlərə baxmayaraq, rus bombardmançıları ötən gün daha 9 hədəfi vurub. Hücumların davam edəcəyi təqdirdə Qərbin və körfəz koalisiyasının Moskvaya qarşı təzyiqlərinin daha da kəskinləşəcəyi şübhəsizdir. Onların əsas narahatlığı rus ordusunun terrorçuları deyil, mötədil müxalifləri də bombalamasıdır. İndiyədək Moskva “Mülayim islamçı” müxaliflərin əsas təmsilçisi olan Azad Suriya Ordusu ilə əməkdaşlığa hazır olduğunu açıqlasa da, artıq bu qruplaşmanın da varlığını şübhə altına alıb. Hazırkı şəraitdə Bəşər Əsədin devrilməsi planı ilə başlayan Suriya böhranının genişmiqyaslı geosiyası müharibəyə çevrilməsi ehtimalları güclənir. Bunun isə güc balanslarını yerindən tərpədəcəyi istisna edilmir.

19:00 / 06.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 5394
Bu ay: 347870
Ümumi: 13837486
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın