/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Obama Rusiyanın günahlandırdı

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya təyyarələri, Suriyaya hava zərbələrini davam etdirir. Qırıcıların hədəfində İŞİD-in Dəməşqin ətraf əraziləri, İdlib, Hələb və Homs şəhərlərindəki mövqeləri olub. Gecə saatlarında terroçuların bir neçə silah anbarı, döyüş texnikası və canlı qüvvəsi məhv edilib. Bu arada Rusiya və Birləşmiş Ştatlar Suriya məsələsinə görə növbəti dəfə bir-birlərini ittiham edib.
Dünən Parisdə «Normand dördlüyü»-nün iclası baş tutub. 5 saat davam edən toplantıda Suriya münaqişə xüsusi ilə diqqət mərkəzində olub. Fransa prezidenti Fransua Olland, Putinlə görüşündə 3 şərt irəli sürüb. «Rəsmi Paris, Moskvadan ancaq İŞİD-in mövqelərini bombalamağı, dinc skinlərin həyatına təhlükə yaratmamağı və bəşər əsədin hakimiyyətdən uzaqlaşdırlması üçün keçid prosesinə başlamağı tələb edir» - Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına görə Vladimir Putin, Suriyaya hava zərbələrinin beynəlxalq hüquqa əsaslandığını və rəsmi Dəməşqin müraciəti ilə yerinə yetirildiyini bildirib. «Rusiyanın məqsədi, Suriyanın ərazi bütövlüyünü qoruyub saxlamağa yönəlib» deyə Peskov fikrini tamamlayıb.
Amerika Birləşmiş Ştatları, Suriya müxalifətinə köməyi artırmaq üçün müzakirələrə başlayıb. Sözügedən yardım silah-sursat çatdırılması və hava zərbələrinin çoxaldılmasından ibarətdir. Birləşmiş Ştatlar prezidenti Barak Obama, Suriya münaqişəsinə birbşa müdaxilə etdiyi üçün Rusiyanı tənqid edib. Onun sözlərinə görə bu yolla ölkədə vətəndaş müharibəsi heç vaxt bitməyəcək.
«Ağ ev» rəhbəri, onu da əlavə edib ki, Rusiya, Suriyaya maliyyə və siyasi dəstək verməsəydi, bu problem yaranmadan həll olunardı. Bəşər əsəd, əvvəl-axır hakimiyyətdən gedəcək, amma bu işin uzanması - rejimin mövcudluğu milyonlarla dinc sakinin qanı bahasına başa gəlir». Barak obama belə deyib.

13:00 / 03.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 9953
Bu ay: 286965
Ümumi: 20722230
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın