/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya Suriyada əməliyyatları genişləndirir

Şriftin ölçüsü:  11px13px15px17px

Suriyaya Rusiyaya məxsus 50-dən çox döyüş təyyarəsi və helikopter göndərilib. Rusiyanın münaqişəyə müdaxiləsi dünya ölkələri arasında fikir ayrılığına səbəb olub. Bəzi siyasətçilər, Moskvanın bu addımını alqışlasa da, digərləri 3-cü dünya müharibəsinə gətirib çıxaracağı qənaətindədir. Rusiyaya məxsus təyyarələr İŞİD-in Suriyadakı mövqelərini bombalmaqda davam edir. Son sutka ərzində terrorçulara 26 hava zərbəsi endirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi general-mayor İqor Koşannikov məlumat verib. O, dinc sakinlər arasında tələfatın olması barədə xəbərləri təkzib edib. Koşannikovun sözlərinə görə, təyyarələr müasir naviqasiya sisteminə malikdir və istənilən obyekti dəqiq vura bilirlər. Bu arada Parisdə «Normand dördlüyü»-nün növbəti iclası başlayıb. Görüşdə Suriya münaqişəsinin də müzakirə ediləcəyi gözlənlir. Bir neçə gün əvvəl isə Almaniya kansleri Anqela Merkel, Suriyadakı vətəndaş müharibəsinin sona çatması üçün Rusiya ilə əməkdaşlığın vacib olduğunu deyib.

19:00 / 02.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 14334
Bu ay: 43272
Ümumi: 17263725
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın