/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Rusiya Suriyada əməliyyatlara başladı

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiya Federasiya Şurası ölkə silahlı qüvvələrinin xaricdə əməliyyatlarda iştirak etməsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib. Kreml Administrasiyasının rəhbəri Sergey İvanov bildirib ki, vladimir putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır. Belə ki, Suriya prezidenti bəşər əsəd Rusiyaya rəsmi şəkildə müraciət edərək ölkəsinə hərbi yardım göstərilməsini xahiş edib. Son məlumatlara görə, Rusiya təyyarələri artıq Bəşər Əsəd əleyhdarlarının mövqelərinə ilk zərbələri endirib. ABŞ hərbi dairələrindəki mənbənin məlumatına görə, əməliyyatlar Homs şəhəri ətrafında keçirilir. Aviazərbələrin hədəfinin üsyançıların nəzarəti altında olan neftlə zəngin ərazilər olduğu bildirilr. Bu arada Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri, Rusiyanın münaqişəyə müdaxiləsinə münasibət bildirib. NATO-nun baş katibi Yens Stoltenberq isə Moskvanı Suriyada sülhün bərpa olunmasına yardım etməyə çağırıb. O, həmçinin NATO - nun Rusiyanın Suriyada İŞİD-lə mübarizəyə dair planını alqışladığını bildirib. Bununla belə baş katib qeyd edib ki, Bəşər Əsəd rejiminin dəstəklənməsi münaqişənin siyasi həll yolunun axtarışına konstruktiv tövhə kimi qəbul edilə bilməz. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı İslam dövlətlərinin iştirakı ilə beynəlxalq antiterror koalisiyasının yaradılmasına dair çağırış edib.

19:00 / 30.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 711
Bu ay: 29649
Ümumi: 17250102
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın