/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İranda etirazlar səngimir

Şriftin ölçüsü:  11px13px15px17px

İranın baş prokuroru İbrahim Rəisi səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarəti zamanı 769- zəvvarın ölümü ilə nəticələnən hadisəyə görə kral ailəsini beynəlxalq məhkəməyə verəcəyini deyib. Prokurorun sözlərinə görə, faciə ilə nəticələnən hadisəyə görə kral ailəsi məsuliyyət daşıyır. İranın baş prokuroru bildirib ki, faciəyə səbəb kral ailəsinə məxsus kortejin hərəkəti üçün zəvvarların yolunun kəsilməsi olub. Bu zaman iki qarşı-qarşıya hərəkət edən insan kütləsi bir nöqtədə toplaşmağa başlayıblar və zəvvarlar ayaqlar altında qalıblar. Səudiyyə Ərəbistanının Daxil İşlər Nazirliyi iddiaları təkzib edib və İran mediasını yalan xəbər yaymaqda ittiham edib. İran prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı Səudiyyə Ərəbistanı rəhbərliyini faktla bağlı ətraflı istintaq araşdırması aparmağa çağırıb. Məkkədə baş vermiş Mina faciəsindən sonra İranın paytaxtı Tehranda Səudiyyə Ərəbstanına qarşı etirazlar səngimək bilmir. Insidentdən hiddətlənmiş yüzlərlə paytaxt sakini krallığın Tehrandakı səfirliyi qarşısına toplaşaraq, qəzəb nümayiş etdirib. Əl-Səud ailəsi və rəsmi Ər-Riyada qarşı lənətlər yağdıran izdiham, sözügedən ərəb ölkəsinin səfirliyinin qapadılmasını tələb edib. Polis etirazçıları geri çəkməyə çalışıb. Səudiyyə ərəbistanı hökuməti Minada baş vermiş faciəyə görə təhlükəsizlik işlərində səriştəsizlikdə təqsirləndirilir. İranın rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, baş verən sıxlıqda həlak olmuş 769 zəvvardan 155-i İran vətəndaşı olub, 321 iranlı zəvvarın aqibəti barədə hələ də heç bir məlumat yoxdur. Səudiyyə Ərəbistanının kralı Salman Bin Abdüləziz isə Minada baş vermiş faciəyə görə 3 məmuru işdən qovub. Səudiyyə Ərəbistanının Həcc naziri Bəndər Bin Məhəmməd Əl Həcər, Məkkə şəhərinin bələdiyyə başçısı Üsamə Fəzl Əl Bərr və Məkkə polis rəisi işlərində yol verdikləri nöqsanlara görə, tutduqları vəzifədən azad olunublar. Qeyd edək ki, hadisə nəticəsində ölənlər sayı 769 nəfərə çatıb. 934 nəfər xəsarət alıb. Ölənlər arasında 136 İran vətəndaşı var və 321 nəfər isə itkin hesab olunur.

13:00 / 28.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 8624
Bu ay: 315302
Ümumi: 13804918
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın