/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

28 nəfər edam olunacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yüzlərlə zəvvarın ölümü ilə nəticələnən faciə bütün dünyanı sarsıdıb. Verilən məlumata görə 753 zəvvarın ölümünə, Minə yaxın insanın yaralanmasına səbəb olan izdihama görə 28 nəfər günahkar şəxs hacıların gözü qarşısında edam ediləcək.
Livanda nəşr olunan "Əl-Diyar" qəzeti bildirir ki, Səudiyyə Ərəbistanı kralının oğlu Məhəmməd Bin Salmanın kortejinin Mina dağına getməsi ilə əlaqədar digər hacıların hərəkət istiqamətinin təcili olaraq dəyişdirilməsi üzündən yüzlərlə hacı bir-birinin üzərinə yıxılıb və onların çoxu dünyasını dəyişib.
Qəzetin yazdığına görə kral Salman yüzlərlə hacının ölümünə səbəb olan Həcc mərasiminə məsul şəxslərin siyahı hazırlayıb. Bu gün bu hadisəyə görə saxlanılan 28 nəfər edam ediləcək. Qəzetin xəbərinə görə, Ərəbistanının şəriət məhkəməsi bu siyahıda yer alan adların edamına qərar verib. Səudiyyə daxili işlər naziri bu şəxslərin hacıların gözü qarşısında edam ediləcəyini və bunun gələcək illərdə bir daha baş verməməsi üçün ediləcəyini açıqlayıb.
“New-York times” qəzeti də şahidlərə istinadən hadisə vaxtı vıp avtomobillərin keçməsi üçün polislərin yolu bağladığını və faciəyə səbəb olan izdihamın yaşandığını yazıb. Qəzetə məlumat verən Səudiyyə Ərəbistanı hökumət rəsmisi Xalid Saleh də bildirib ki, hadisə yerinə çatdığı vaxt xidməti maşınların keçməsi üçün çıxışların bağlı olduğunu görüb.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü general mənsur Ət Türki havanın isti olması ilə zəvvarların yorğunluğunun pik həddə çatdığını deyib. Sözçü, əks istiqamətdə hərəkət edən iki izdihamlı qrupun necə olub qarşı-qarşıya gəlmələri barədə istintaq başa çatana qədər heç nə deyə bilməyəcəyini bəyan edib. Hadisə günü Məkkədə havanın temperaturunun 46 dərəcəyə çatdığı qeyd edilib. Həcc ziyarəti üçün akreditasiyadan keçmiş jurnalistlər isə saatlarla faciənin baş verdiyi məkana buraxılmayıb.
Ziyarətin təşkilatçılığı barədə növbəti tənqid “İslam irsi araşdırmaları fondu”nun qurucusu İrfan Əl Əlavidən gəlib. Əlavi, hadisə günü çox sayda polis olmasına baxmayaraq onların kifayət qədər təlim görmədiklərini, xarici dil bilmədiklərini, əcnəbi zəvvarlarla necə rəftar edəcəklərini bilmədiklərini vurğulayıb. Əlavi həmçinin polislərin belə anlar üçün vacib olan kütlə nəzarətindən də xəbərsiz olduqlarını deyib.
İngiltərənin Səudiyyə Ərtəbistanındakı keçmiş səfiri Uilyam Patey faciəni şərh edərkən bu ölkəyə dəstək nümayiş etdirib: “Doğrudur, Səudiyyə Ərəbistanının ziyarət təşkiatçılığı mükəmməl deyil. Amma bu istiqamətdə səyləri davam edir. “Qəzadır, oldu!” Deyib keçmirlər. Hadisəni araşdırırlar və oxşar qəza əsla baş vermir. Həcc ziyarətinin təşkili həqiqətən çox çətindir”.
Türkiyə isə Səudiyyə Ərəbistanına maralıq təklif irəli sürüb. Hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Ziyarət Zamanı Məkkədə təhlükəsizlik yönündən ciddi bir əskiklik olduğunu deyib. Mehmet Əli Şahin Həcc ziyarətinin təşkilatçılığının Türkiyəyə verilməsini təklif edib. Şahin, baş verənlərə “Tale”, “Vaxtı çatdı”, “Əcəl” və s. deyib keçməyin düzgün olmadığını deyib.
Həcc ziyarətində daha bir azərbaycanlı zəvvar dünyasını dəyişib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, zəvvar Kəklik Aslanova günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayın. Qeyd edək ki, sentyabrın 24-də digər azərbaycanlı zəvvar, 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişmişdi. O ürək tutmasından həyatını itirib.

13:00 / 26.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 23387
Bu ay: 432803
Ümumi: 13922419
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın