/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Faciəni xüsusi komissiya araşdıracaq

Şriftin ölçüsü:  11px13px15px17px

Rəsmi Ər-Riyad Məkədə baş verənləri son 50 ilin ən böyük faciəsi adlanıdıb. Kral Salman, hadisənin təhqiqatı ilə məşğul olacaq xüsusi komissiyanın yaradılması ilə bağlı tapşırıq verib. Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə Mina dağında şeytana daş atma mərasimi zamanı izdihamın yaranmasına səbəb zəvvarların, əvəlcədən müəyyən olunmuş hərəkət cədvəlini pozması olub. Dünyanın bəzi ölkələri, Səudiyyə Ərəbistanı rəhbərlərini səhlənkarlıqda ittiham edib. Son məlumatlarda həyatını itirənlərin sayının 753 olduğu göstərilir. Amma bu rəqəmin artacağı istisna olunmur. Hazırda xəstəxanalar yaralılarla doludur. İnsidentin baş verdiyi ərazisdə yüzlərlə könüllünün iştirakı ilə xilasetmə işləri davam edir. Həcc ziyarəti zamanı ölənlərdən bəzilərinin kimliyi açıqlanıb. Onlardan 131-i İran vətəndaşıdır. 150 - dən çox vətəndaşının xəsarət aldığı İslam Respublikası, Səudiyyə Ərəbistanına qarşı kəskin bəyanatlar səsləndirib. Həyatını itirənlərdən 14-ü Hindistanlı, 8-i Misirli, 6- ı Pakistanlı, 4-ü türkiyəli, 3-ü indoneziyalı, 3-ü keniyalı, bir nəfəri isə hollandiyalıdır. Digərlərinin milliyyəti araşdırılır. Şəxsiyyəti məlum olmayanların Nigeriya və Çad mənşəli olduqları bildirilir. Faciənin səhəri günü Səudiyyə hökuməti, Həcc mərasimni bərpa edib. Hazırda müqəddəs torpaqlarda dünyanın hər yerindən gəlmiş 2 milyondan çox zəvvar var.

19:00 / 25.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 14448
Bu ay: 265644
Ümumi: 13755260
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın