/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Avropada nasizm baş qaldırır

Şriftin ölçüsü:  11px13px15px17px

Dünyada müşahidə olunan gərgin geosiyasi vəziyyət fonunda sabitliyi möhkəmləndirmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək siyasi və iqtisadi iradə tələb edir. Azərbaycan belə çətin vəziyyətdə buna nail ola bilib. Elə qərbdəki bəlli dairələrin ölkəmizə qarşı qərəzli münasibətinin kökündə dayanan həm də bu inkişafa olan qısqanc münasibətdir. Son bir ildə dünyada qanlı toqquşmaların sayının artması ilə iqtisadi, siyasi, humanitar böhranın miqyası da genişlənib. Bir çox ölkələrdəki yeraltı və yerüstü sərvətlərə yiyələnmək niyyətində olan qərbədki bəlli dairələrin əsas məqsədi müsəlman ölkələrin müstəqil inkişafının qarşısını almaq, onları daxili qarşıdurmalara sövq etmək və öz təsir imkanlarını genişləndirməkdir. Bu gün qərbin yürütdüyü siyasət açıq şəkildə islamofob, nasizm və irqçiliyə söykənir. Dünyada müşahidə olunan bu gərgin geosiyasi vəziyyət fonunda Azərbaycan da öz təhlükəsizliyini, milli maraqlarını təmin etmək istiqamətində öz hədəflərinə doğru irəliləyir. Diktə dilində danışmaq istəyən qərəzli qüvvələrlə münasibətlərə yenidən baxır, yeni, daha təhlükəsiz, milli maraqlara xidmət edən strateji tərəfdaşlıq əlaqələri qurur. Bu isə təbii ki, beynəlxalq hüquqa, milli dəyərlərə və digər prinsiplərə etinasız münasibət bəsləyən qərəzli qüvvələr tərəfindən narazılıqla qarşılanır. Azərbaycan bu gün dünyaya tolerantlıq modeli təqdim edir. Bütün xalqların və dinlərin nümayəndəsi ölkəmizdə dinc və dostluq şəraitində yaşayır. Rəsmi Bakı buna qısqanclıqla yanaşan qərəzli dairələrin təxribatlarına layiqli cavab verməklə haqq yolunda olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin son hədəfi öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyin və cəmiyyətin layiqli inkişafını təmin etməkdir.

13:00 / 18.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 4731
Bu ay: 347207
Ümumi: 13836823
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın