
Avropaya miqrant axını davam edir. Görülən tədbirlərə baxmayaraq, Yaxın Şərq və Afrikadan daxil olan insan selinin qarşısını almaq mümkün olmur. Ən ağır vəziyyət Macarıstan və Almaniyada müşahidə olunur.
Macarıstan rəsmilərinin məlumatına əsasən, təkcə ötən gün 9800 nəfər sərhəddi keçib. Qanunu pozanlardan 60 - i saxlanılıb. Artıq 2 vilayətdə böhran vəziyyəti elan olunub. Qarşıdakı 3 ay ərzində isə ölkəyə gələcək qaçqınların sayının 500 minə çatacağı proqnozlaşdırılır.
«Avropalılar qaçqınları xoş üzlə qarşılamaqla böyük səhvə yol verirlər. Miqrantlarda belə yikir yaranır ki, burada onları lüks həyat gözləyir.». Bu bəyanatı Macarıstanın sosial resurslar naziri Zoltan Baloq səsləndirib.
Almaniyanın daxili işlər naziri Tomas De Mezer də ölkəsinə miqrant axınından narahatlığını ifadə edib. O, qaçqınları qəbul etmək istəməyən ölkələrə iqtisadi təzyiq edilməsini ı təklif edib. Bildirib ki, qaçqın problemi bütün Avropaya aiddir və bu məsələdə heç bir dövlət yaxasını kənara çəkməməlidir.
Polşada isə qanunsuz miqrant axınına qarşı etiraz aksiyası keçirilib. Varşavanın küçələrinə çıxan on minlərlə vətəndaş, hökumətdən qaçqınların ölkədən çıxarılmasını tələb ediblər.
19:00 / 15.09.2015