
Erməni Vaqan Turekyan ABŞ dövlət katibi Con Kerrinin elm və texnologiya üzrə müşaviri təyin olunub. Erməni kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Turekyan Con Kerri və onun birinci köməkçisinə iqtisadi inkişaf, energetika, ətraf mühit məsələləri üzrə məsləhətlər verəcək. ABŞ - ın Dövlət Departamentinin rəsmi saytında bildirilir ki, o həmçinin ABŞ - ın xarici siyasətinə təsir edəcək səhiyyə məsələləri üzrə tövsiyələr vermək hüququnada malikdir.
13:00 / 12.09.2015