/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İrəvanda “Yalançı Serjik!” şüarları

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanda etirazların yeni dalğası başlayıb. “Talana son” hərəkatının üzvləri yenidən irimiqyaslı alksiyalara start veriblər. Mitinq iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Hökumət binasının qarşısında başlayan etirazlar sonradan baqramyan prospektində davam edib. Bundan sonra mitinq iştirakçılarına xeyli adam qoşulub. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Lakin buna baxmyaraq, mitinq baş tutub. Etirazçılart prospektdə yürüş keçirdərək “Yalançı Serjik!” və “Bizə qoşul!” şüarları səsləndirib. Bundan sonra polis aksiya iştirakçılarından mərkəzi prospekti boşaltmağı tələb adib. Yarım saat sonra isə etirazçılara qarşı güc tətbiq olunub. Çoxlu sayda mitinq iştirakçısı həbs edilib. Bundan sonra aksiya iştirakçıları yenidən azadlıq meydanına çəkilib. Qeyd edək ki, “Talana son” hərəkatı Ermənistanda elektrik enerjisi tariflərinə 17 faizlik artımdan sonra başlanmışdı. Etirazlara baxmayaraq hakimiyyət qərarını dəyişmək fikrində deyil və baş verən bütün mitinqlər zor yolu ilə dağıdılıb. Hərəkatın liderlərindən maksim Sarqisyan isə tələblərin yerinə yetiriləcəyinə qədər etirazların hələ davam edəcəyini bildirib.

13:00 / 12.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 14989
Bu ay: 43927
Ümumi: 17264380
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın