/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ölənlərin sayı 107 nəfərə çatdı

Şriftin ölçüsü:  11px13px15px17px

Səudiyyə Ərəbistanın Məkkə şəhərindəki Məscidi Həramda qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb. Hadisə nəticəsində yaralananların sayı isə hələlik 238 nəfərdir. Güclü küləyin səbəb olduğu faciənin artıq dəhşətli videoları internetdə yayılıb. Videolarda da göründüyü kimi məscidin yaxınlığında onlarla cəsəd və yaralı var. Bundan əlavə Yutubda məscid ziyarətçilərindən biri tərəfindən çəkilmiş video da yerləşdirilib. Bu videoda məscidin özü, qaldırıcı kranlar və ətrafında toplaşmış minlərlə insan görünür. Bu zaman uzunluğu 50-55 metr olan kran aşır və insanlar təşviş içində qaçmağa başlayır. Faciə qurbanlarından ikisi Türkiyə vətəndaşıdır. Bundan başqa 20 türk zəvvarın müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə hadisə zamanı azərbaycanlı zəvvarlar arasında xəsarət alan olmayıb. Kranın aşmasına qasırğanın səbəb olduğu bildirlir. Hazırda faciənin fəsadlarını aradan qaldırmaq üçün hadisə yerində 15 -axtarış-xilasetmə qrupu işləyir.

13:00 / 12.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 14458
Bu ay: 265654
Ümumi: 13755270
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın