/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Qərbin yaratdığı miqrant böhranı

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa İttifaqı miqrant böhranını qeyri demokratik metodlarla həll etməyə çalışır. Rusiyada hesab edirlər ki, böhranın səbəbkarı əvvəldən axıradək məsuliyyətiz xarici siyasət yürüdən qərb dövlətləridir. Avropada demokratiyanın çat verməsi haqqında ilk bəyanatı Rusiya prezidenti Vladimir Putin verdi. O, yaşanan böhranın gözlənilən olduğunu deyərək, Avropa İttifaqını Amerika Birləşmiş Ştatlarının xarici siyasətinin qurbanı adlandırdı. İraq, Liviya, Suriya, Misir - bu ölkələrdə ABŞ və Avropa İttifaqı müsbət dəyişiklik şüarları qaldırmaqla nəticədə xarabalığa çevrilmiş ərazilər yaratdı. Sabit dövlətlərdə bu vədlərə inanıb Qərbin təsiri altında demokratiya qurmaq istəyənlər öz millət və dövlətlərini böyük zərbə altına qoydular. Siyasətşünaslar bildirirlər ki, qərb şərq dövlətlərini dağıtmaqla miqrant böhranının səbəbkarı olub. İndi Avropa İttifaqı dağıtdığı ölkələdən qaçqın düşmüş insan kütləsi ilə üzləşib. Rusiyada hesab edirlər ki, kütləvi axına səbəb Almaniya kansleri Angela Merkelin bəyanatları oldu. Çünki Almaniya bu axını qəbul edəcəyini vəd etdi. Almaniya iqtidarı bu bəyanatı verməklə siyasi və iqtisadi məqsədlər güdüb. Maksim Şevçenkonun fikrincə, Avropa İttifaqı Birliyin güclənməsi naminə miqrant problemi vasitəsilə milli sərhədlərin tamamilə silinməsini istəyir. Avropa xalqları arasında macarların və avstriyalıların milli özünəməxsusluğu güclü olduğundan bu, müqavimətə səbəb olur. Anar Həsənov

13:00 / 11.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 17634
Bu ay: 307619
Ümumi: 14441980
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın