/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Netanyahu Londonu qarışdırdı

Şriftin ölçüsü:  11px13px15px17px

İsrailin baş naziri Benyamin Netanyahunun Böyük Britaniyaya səfəri ölkədə gərginliyə səbəb olub. Netanyahunun apardığı siyasət Londonun mərkəzində iki ayrı qrupun mübahisə predmetinə çevrilib. Dauninq Stritdə polis etiraz aksiyası keçirən fələstinli fəallar və insan haqqları müdafiəçilərini İsrail bayraqlarına sarılan netanyahu tərəfdarlarından ayırmaqda böyük çətinlik çəkib. Tərəflər arasında baş vermiş qarşıdurmadan sonra azı 2 nəfərin həbs olunduğu bildirilir. Polisin məlumatına görə Londonun məşhur küçəsində 400-ə yaxın Fələstin tərəfdarı və 50 yəhudi sionist toplaşıb. Fələstin əsilli Britaniya vətəndaşları Britaniya baş nazirinin Qəzza zolağını, qərb sahilini müntəzəm olaraq bombalayan, işğal olunmuş Fələstin torpaqlarında qanunsuz qəsəbələr salan İsrail hökümətini dəstəkləməsini pisləyib. Digər cəbhədə Netanyahuya dəstək olan sionistlərlə federasiyasının fəalları, dünyada yeganə yəhudi dövləti olan İsraili tanımamağın yolverilməz olduğunu bildirib. Bundan əvvəl aksiya təşkilatçıları 50 günlük qəzza müharibəsi zamanı törədilmiş insanlığa qarşı cinayətlərə görə benyamin netanyahu barəsində həbs-qətimkan tədbirinin çıxarılmasına dair petisiya hazırlamışdı. Həmin petisiyanı 108 minə yaxın insan imzalayıb. Britaniya parlamenti imza sayı 100 mini keçən bütün petisiyalara baxsa da, rəsmi London ölkəyə səfər edən dövlət başçılarının siyasi toxunulmazlığa malik olduğunu və onun saxlanılması və ya həbs olunmasının qeyri-mümkünlüyünü bildirib.

13:00 / 10.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 5537
Bu ay: 348013
Ümumi: 13837629
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın