
Suriya ordusu İŞİD terror qruplaşması üzvlərini qədim Palmir şəhərindən şimal-qərbdə yerləşən Cezal neft yataqları ərazisindən sıxışdırıb çıxardıb. Bu barədə Homs əyalətinin qubernatoru Tallyal Əl-Barrazi məlumat verib. Onun sözlərinə görə, qum fırtınasından istifadə edən terrorçular iki gün əvvəl neft sahəsini ələ keçiriblər. "Amansız döyüşlərdən sonra Suriya iqtisadiyyatı üçün olduqca vacib olan obyekti nəzarətə götürmək mümkün oldu”, - deyə Əl-Barrazi bildirib. Atışma nəticəsində İŞİD silahlıları itki verərək Palmirə çəkiliblər. Hökumət qoşunları onları Bayyərat dağlıq ərazisində təqib edir. "Əməliyyat zamanı ən azı 25 terrorçu məhv edilib", - deyə qubernator qeyd edib.
13:00 / 10.09.2015