/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Macarıstan polisi miqrantlara divan tutdu

Şriftin ölçüsü:  11px13px15px17px

BMT 2015-2016 illərdə Avropaya Aralıq dənizindən gələcək miqrantların sayını açıqlayıb. Macarıstanın Roszke qaçqın düşərgəsindən paytaxt Budapeştə yürüş edən miqrantların yorğun olmaqlarından istifadə edən polis onları geri dönməyə məcbur edə bilib. Qaçqınların əksəriyyəti Suriyadan gələnlərdir. 300 nəfərə yaxın miqrant bir gün ərzində piyada 20 km məsafə qət ediblər. Yürüş edənlər arasında uşaqlar və yaşlılar da olub. Macarıstan polisi onları xüsusi avtobuslarla yola salıb. Qaçqınlar yolda polis müdaxləsi ilə üzləşiblər. 4 saat yolu bağlı saxlayan polislər miqrantlara gözyaşardıcı qaz və rezin güllələrlə hücum ediblər. Almaniya və Avstriya hakimiyyəti bu ölkələrə axın edən miqrantların lazımı səviyyədə qarşılanmasından ehtiyyat edirlər. Qaçqınların sayının artacağı təqdirdə yerli əhalinin həyat şəraitinin dəyişəcəyi istisna edilmir. Almaniya kansleri Angela Merkel isə öz növbəsində Avropa İttifaqı ölkələrinin miqrant probleminə eyni mövqedən yanaşmalı olduğunu deyir. Payızın gəlməsi ilə havaların soyuması qaçqınları qəbul edən ölkələrin məsuliyyətini artırır. Miqrantlar artıq küçədə qala bilmirlər. Məsələn münhendə beynalxalq sərgi mərkəzinin binasında 3 min miqrant yerləşdirilib.
2015-2016-cı illərdə Avropaya Aralıq dənizindən azı 850 min qaçqın gələcək. Bu cür proqnoz BMT - nin Qaçqınların İşi üzrə Ali Komissarlığının ofisindən bildirilir. Ekspertlərin hesablarına əsasən, bu il Avropya ümumilikdə 400 min, gələn il isə daha 450 min qaçqın gələcək. Bu rəqəmlərin dəyişəcəyi də istisna edilmir. Miqrantların bu payız ərzində axını Aralıq dənizindəki hava şəraitindən asılı olacaq. Qeyd edək ki, beynəlxalq miqrasiya təşkilatının məlumatına əsasən, ilin əvvəlindən Yaxın Şərq və Afrika ölkələrindən Aralıq dənizi vasitəsilə Avropaya gələn qaçqınların sayı artıq 378 mini keçib.

13:00 / 09.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 12643
Bu ay: 263839
Ümumi: 13753455
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın