/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

63 nəfəri ildırım vurub

Şriftin ölçüsü:  11px13px15px17px

Hindistanda ildırım 63 nəfərin həyatına son qoyub. Rusiyanın pataxtı Moskva isə güclü leysandan əziyyət çəkir.
Hindistanın şərqində yerləşən Andra-Pradeş ştatında leysan və ildırım vurması 63 nəfərin ölümünə səbəb olub. İldırımın qurbanları əsasən tarlada işləyən kəndlilər olub. Assam ştatında daşqın təxminən 1 milyondan çox sakinə zərər vurub. Hökumət ölənlərin ailələrinə 6200 dollar məbləğində təzminat ödəyib.
Rusiyanın pataxtı Moskva da güclü leysandan əziyyət çəkir. Paytaxtda nəqliyyatın hərəkəti iflic olub. Məlumata əsasən, qasırğa nəticəsində mərkəzi küçələrdən birində beton sütun aşıb. Bu isə kilometrlərlə uzanan tıxacın yaranmasına səbəb olub. Bəzi küçələrdə suyun səviyyəsi avtobus və trolleybusların qapılarına qədər qalxıb. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün yüzlərlə texnika cəlb olunub.
Bu arada Buryatiyada tüğyan edən meşə yanğınları davam edir. Hərbi aviasiyanın köməyi sayəsində 24 hektar ərazini alovdan xilas etmək mümkün olub. Bölgədə 4 təyyarə və 68 vertolyot alovla mübarizə aparır.

19:00 / 07.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 17303
Bu ay: 307288
Ümumi: 14441649
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın