/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Moldovada etirazlar

Şriftin ölçüsü:  11px13px15px17px

Moldovanın paytaxtı Kişinyovda on minlərlə insanın iştirakı ilə etiraz aksiyası keçirilir. Mərkəzi meydanda keçirilən mitinq "Ləyaqət və ədalət" vətəndaş platforması tərəfindən təşkil olunub. Meydan ölkənın hər bir yerindən gələn insanlarla dolub. Bəzi mitinq iştirakçıları şəhərin mərkəzində qurduqları çadır şəhərciyində gecələyiblər. Hazırda hökumət evinin yaxınlığında 10 - a yaxın çadır var. Vətəndaşlar meydana qida və içməli su gətirməyə başlayıblar. Təşkilatçılar hakimiyyətə qarşı uzun müddətli mübarizəyə hazırlaşdıqlarını bildiriblər.
Aksiya iştrakçıları prezident Nikolay Timofti və hökümətin istefasını, həmçinin növbədənkənar seçkilərin keçrilməsini, 3 kommersiya bankından oğurlanan 1 milyard dolların geri qaytarılmasını tələb edirlər. Etirazçılar ali məhkəmə, baş prokurorluq, korrupsiyaya qarşı komissiya, gömrük xidməti, milli bank və digər strukturlarda islahatların aparılmasını tələb edirlər. Çıxış edənlər hakimiyyəti mətbuat azadlığını məhdudlaşdırmaqda, kütləvi informasiya vasitələrini inhisara almaqda və jurnalistlərə hücumlar təşkil etməkdə ittiham edirlər. Mitinqin təşkilatçıları, aksiya iştirakçılarını irəli sürülən tələblər yerinə yetirilməyənədək meydanı tərk etməməyə səsləyirlər. Meydanda Moldovanın, Rumıniyanın və Avropa Birliyinin bayraqları dalğalanır.
Aksiya iştirakçıları hökumətin ölkədəki sosial-iqtisadi vəziyyətə görə məsuliyyət daşıdığını bəyan ediblər. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Ara - sıra aksiya iştirakçıları ilə polis arasında kiçi toqquşmalar qeydə alınır.
Moldovanın daxili işlər naziri Oleq Balan keçirdiyi brifinqdə bildirib ki, paytaxt sakinləri və aksiya iştirakçılarının təhlükəsizliyini qorumaq üçün əlindən gələni edəcək. O, aksiya iştirakçılarına müraciət edərək, şübhəli çanta və ya üzündə maska olan şəxslər barədə dərhal polisi məlumat verməyi xahiş edib.

13:00 / 07.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 12616
Bu ay: 263812
Ümumi: 13753428
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın