/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İraq İŞİD - i bombaladı

Şriftin ölçüsü:  11px13px15px17px

İraq Hərbi Hava Qüvvələri ilk dəfə olaraq İŞİD - in mövqelərinə zərbələr endiriblər. Terror qruplaşması isə cinayət əməllərini davam etdirir. Yaraqlılar daha bir jurnalisti edam ediblər. İraq Hərbi Hava Qüvvələri "F-16" qırıcılarından istifadə etməklə ilk dəfə olaraq "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının mövqelərinə havadan zərbələr endirib. Bu barədə Pentaqon rəsmisi Piter Kuk məlumat verib. "Biz İraqın hərbi hava qüvvələrinin İŞİD-in məhv edilməsi üzrə beynəlxalq kampaniya çərçivəsində daha qabaqcıl texnologiyalara malik təyyarələrdən uğurla istifadə etməsindən razıyıq", - deyə o, qeyd edib. Kukun sözlərinə görə, İraqa hərbi təyyarə tədarükü davam edəcək. Pentaqon rəsmisi bu ilin iyun ayında 4 ədəd “F-16” qırıcı təyyarəsinin İraq hökümətinə təhvil verildiyini bildirib. 2008-ci ildə əldə olunan razılaşmaya əsasən ABŞ İraqa 36 ədəd “F-16” satıb.
Bu arada ABŞ ordusu bir İŞİD üzvünün məhvi üçün xərclədiyi vəsaiti açıqlayıb. Hesablamalar nəticəsində məlum olub ki, bir terrorçunu öldürmək üçün amerikalılar 250 min dollar xərcləyirlər. Bu günə qədər ABŞ ordusunun İŞİD-ə vuruduğu0 20 min hava zərəbəsi nəticəsində 15 min döyüşçünün öldürüldüyü bildirilir. Ümumilikdə ABŞ ordusu İŞİD-i məhv etmək üçün 3.5 milyard dollar pul xərcləyib.
İŞİD silahlıları Mosulda yerli nəşrlərdən birinin müxbiri və onun atasını edam ediblər. Bu barədə sümariyyə telekanalı məlumat yayıb. Güllələnərək öldürülən jurnalist Naynava Əyalət Şurası tərəfindən dərc edilən və bölgədəki hadisələri işıqlandıran qəzetin müxbiri olub. Onun atası isə Mosulda nəşrin yayımı ilə məşğul olub.

13:00 / 07.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 24002
Bu ay: 433418
Ümumi: 13923034
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın