/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Miqrant problemi davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Yunanıstanın Lesbos adasında polislərlə miqrantlar arasında qarşıdurma yaşanıb. Böyük Britaniya isə 15 min suriyalı qaçqını qəbul etməyə hazır olduğunu bəyan edib. Macarıstana daha 3300 qaçqın gəlib. Məlumatı ölkənin baş naziri Viktor Orban verib. Bununla da 9 ay ərzində Macarıstana pənah gətirən miqrantların sayı 150 mini ötüb. Qaçqınlar avtobuslarla Avstriya sərhədinə çatdırılır. Buradan isə paytaxt Vyana və digər şəhərlərə göndərilirlər. Bu arada rəsmi London 15 min suriyalı qaçqını qəbul etməyə hazır olduğunu bəyan edib. Bu barədə «Sandi tayms» məlumat yayıb. Bildirlir ki, Böyük Britaniyanın baş naziri Devid Kemeron miqrasiya böhranının nizamlanması planının hazırlanmasına dair göstəriş verib. Söhbət qaçqınların yerləşdirilməsinə dair sənədin genişləndirilməsindən və qeyri-leqal miqrantların daşınması ilə məşğul olan şəxslərlə mübarizənin sərtləşdirilməsindən gedir. Bundan əvvəl Kemeron suriyalı qaçqınlara yardım məqsədilə əlavə 100 milyon funt sterlinq ayıracağını açıqlayıb. Onun sözlərinə görə, Britaniya artıq 5000-dək qaçqın qəbul edib. Yunanıstanın Lesbos adasında isə polislərlə miqrantlar arasında qarşıdurma yaşanıb. Belə ki, Əfqanıstandan olan 500 - ə yaxın miqrant qaçqınları daşıyan bərəyə tərəf istiqamətlənib. Miqrantlar polislərdən onları gəmiyə buraxmalarını və Pirey şəhərinə aparmalarını tələb ediblər. Bərənin ətrafında gərginlik yaşanıb. Məsələyə xüsusi təyinatlılar qarışıb. Nəticədə 4 nəfər xəsarət alıb. Qeyd edə ki, ötən gün Lüksemburqda Avropa Birliyinin xarici işlər nazirlərinin qeyri-formal iclas keçirilib. Toplantıda qaçqınlarla bağlı problemi müzakirə edilib.

13:00 / 06.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 23265
Bu ay: 432681
Ümumi: 13922297
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın