/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Avropa doludan və seldən əziyyət çəkir

Şriftin ölçüsü:  11px13px15px17px

Bir neçə Avropa ölkəsi əlverişsiz hava şəraiti səbəbindən müəyyən problemlərlə üzləşib. Ən çox ziyan isə yol infrasturukturuna dəyib.
İspaniyada leysan yağışlar və dolu həyatı iflic edib. Qolf topu böyüklüyündə yağan dolu avtomobillərin şüşələrini və evlərin pəncərələrini və dam örtüklərini sındırıb. Nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Meteoroloqlar bu cür hava şəraitinin hələ bir neçə gün davame dəcəyini bildirib.
Polşada əlverişsiz hava şəraiti qatarların hərəkətində problem yaradıb. Fırtına onlarla ağacı kökündən çıxararaq dəmir yol relslərinin üzərinə aşırıb. Nəticədə qatarların hərəkəti dayandırılıb və sərnişinlər 12 saat yolda qalmalı olublar. Bundan əlavə əlverişsiz hava şəraiti nəticəsində elektrik xətləri sıradan çıxıb və binaların dam örtüklərinə ziyan dəyib. Norvecdə isə daşqın baş verib. Təbii fəlakətə bir neçə gündür yağan aramsız yağışlar səbəb olub. Oslo beynalxalq hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Üçüş zolağı suyun altında qalıb. Bir çox magistral və dəmir yolu xəttləri yararsız hala düşüb. Sinoptiklərin proqnozları isə heç də ürək açan deyil. Yağıntılı hava şəraiti həftə sonunadək davam edəcək.

19:00 / 03.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 5587
Bu ay: 348063
Ümumi: 13837679
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın