/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Avropada qaçqın problemi

Şriftin ölçüsü:  11px13px15px17px

Macarıstanın paytaxtı Budapeştdə miqrantlar etiraz aksiyası keçiriblər. Onlar Almaniyaya buraxılmalarını tələb ediblər. Bu arada Avstriya - Macarıstan sərhədində təhlükəsizlik tədbirləri gücləndirilib. Fransa və Böyük Briatniya arasında dəmir yolu əlaqəsi isə miqrantlara görə yenidən dayandırılıb.
Budapeşt Şəhər Şurası dəmir yolu vağzalını qaçqınlardan təmizələmək barədə qərar qəbul edib. Hökumət yalnız bileti və şenqen vizası olan şəxsləri perrona buraxmağa icazə verib. Buna etiraz edən qaçqınlar səhər saatlarından vağzalın qarşısına toplaşaraq, Almaniyaya buraxılmalarını tələb ediblər. Qeyd edək ki, vəziyyət Almaniya kansleri Angela Merkelin suriyalı qaçqınların ölkədən çıxarılmayacağı barədə açıqlamasından sonra gərginləşib. Buna baxmayaq son sutka ərzində 2200 qaçqın Almaniyaya gələ bilib.
Avstriya - Macarıstan sərhədində də təhlükəsizlik tədbirləri gücləndirilib. Sərhəddçilər yük maşınlarından birində 24 miqrant aşkar ediblər. Onlar əfqanıstanlı yeniyetmələr olub. Rumıniya vətəndaşı olan sürücü qaçmağa çalışsa da, polis onu saxlamağa müvəffəq olub. Avstriyalı polislər hər bir avtomobilə baxış keçirirlər. Bu isə kilometrlərlə uzanan tıxacların yaranmasına səbəb olur. Macarıstanın xarici işlər naziri sərhəddə yaranmış vəziyyətdən narahat olduğunu açıqlayıb. O, yaxın zamanda məsələnin öz həllini tapacabını və insanların rahatlıqla hərəkət edə biləcəklərini söyləyib.
Bu arada miqrant axını səbəbindən Fransa ilə Böyük Briatniya arasında dəmir yolu əlaqəsi dayandırılıb. Qeyd edək ki, Fransa ərazisinə gələn miqrantlar la manş boğazı vasitəsilə Böyük Britaniyaya keçmək üçün yolar axtarırlar. Hazırda Kale şəhərində 1500 miqrant var. Onların çoxu Fransaya Sudan və Somalidən gəliblər.

19:00 / 02.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 5577
Bu ay: 348053
Ümumi: 13837669
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın