
Bu gün dünya şöhrətli müğənni Maykl Ceksonun ad günüdür. 57 il əvvəl Birləşmiş Ştatların İndiana ştatında dünyaya gələn Maykl Cozef Cekson, pop musiqi tarixinin ən uğurlu nümayəndəsi hesab olunur. Pop kralı 15 dəfə Qremmi mükafatına layiq görülüb, 25 dəfə isə adını Ginnesin rekordlar kitabına yazdırıb. Maykl, təkcə sənəti ilə deyil, həm də bir sıra qəribə xüsusiyyətləri ilə də yadda qalıb. Məsələn, qara dərili olaraq doğulmuş Cekson, sonradan plastik cərahiyyə nəticəsində ağ dəriyə sahib olub. Burnunda da bir neçə əməliyyat həyata keçirilib. 2009-cu ildə o, musiqi ikonası adına layiq görülüb. Elə həmin ildə də, dünyasını dəyişib. Onun ölümü ilə bağlı müxtəlif versiyalar səslənsə də, heç biri özünü doğrultmayıb. Maykl Cekson vəfat etdikdən sonra onun onlarla pərəstişkarı da intihar edib.
13:00 / 29.08.2015