/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Amerikada iki televiziya işçisi qətlə yetirildi

Şriftin ölçüsü:  11px13px15px17px

Amerika Birləşmiş Ştatlarında silahlı şəxs televiziyalardan birinə hücum edərək müxbir və operatoru qətlə yetirib. Ölkəninsanset şəhərində isə naməlum kişi iki qadına bıçaqla zərbə yetirib. Artıq ölkə başçısı Barak Obama da hədisələrə münasibət bildirib. Hadisə ABŞ-ın Virciniya ştatının moneta şəhərində baş verib.
Öldürülən 24 yaşlı müxbir Alison Parker və 27 yaşlı operator Adam Varddır. Qətl televiziyanın canlı efiri zamanı baş verib və kameranın yaddaşına düşüb. Tamaşaçılar qışqırıqları eşidib və hadisəni canlı seyr ediblər. Translyasiya qara sahə ilə kəsilməzdən əvvəl parker qaçmağa çalışıb. Translyasiyanın dayandırılmasından sonra studiyaya həyəcanlanmış aparıcı çıxaraq hadisə barədə danışıb. “Mən orada baş verənlərdən tam məlumatlı deyiləm”, - deyə o bildirib. Hücum zamanı televiziya şirkətinə müsahibə üçün dəvət edilmiş qadın da atəş nəticəsində zərər çəkib. Faktla bağlı araşdırma başlanıb. 2 televiziya işçisini öldürən qatil isə intihara cəhd etsə də, sağ qalıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Telekanal qatil Vester Flenaqanın onların keçmiş əməkdaşı olduğunu təsdiq edib. Cinayətkarın hərəkətinin motivi bəlli deyil.
ABŞ-ın Sanset şəhərində isə naməlum şəxs iki qadına bıçaq xəsarəti yetirib, ardınca isə hadisə yerinə gələn asayiş keşikçilərinə atəş açıb. Qadınlardan biri qran-Koto şəhərinin merinin bacısıdır. İkinci qadın isə elə cinayətkarın öz həyat yoldaşıdır. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Birinci qadın və hadisə yerinə gələn polisin həyatını qurtarmaq mümkün olmayıb. Qaçmaq istəyən cinayətkar avtomobili yanacaqdoldurma məntəqəsinin divarına çırpıb. Yaxalanmadan öncə qatil polisə müqavimət göstərib. Baş verən hadisələrə ölkə başçısı Barak Obama münasibət bildirib. Obama odlu silahla törədilən insidentlərin artıq terror aktlarından daha təhlükəli hal aldığını vurğulayıb. «Biz bilirik ki, atışma nəticəsində ölənlərin sayı terror nəticəsində ölənlərin sayını ötəcək» deyə Ağ Ev başçısı qeyd edib.

13:00 / 27.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 9596
Bu ay: 286608
Ümumi: 20721873
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın