/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ukrayna münaqişəsi müzakirə edilib

Şriftin ölçüsü:  11px13px15px17px

Almaniyanın paytaxtı Berlində Ukrayna prezidenti Pyotr Poroşenko, Fransanın dövlət başçısı Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında görüş keçirilib. Görüşdə əsas müzakirə mövzusu Ukranya münaqişəsinin həlli və Minsk razılaşmasının icrası olub. Bir saat davam edən qapalı müzakirələrən sonra mətbuat konfransı keçirilib. Jurnalistlər qarşısında çıxış edən Angela Merkel Minskdə əldə olunan razılaşmalara hökmən əməl olunmalı olduğunu deyib.
Kansler ATƏT-in müşahidə missiyasının Ukraynada fəaliyyətinin davam etdirilməsinin vacibliyini də qeyd edib. Onun fikirlərni Ukrayna və Fransa prezidentilə də dəstəkləyiblər. Pyotr Poroşenko Donbasda vəziyyətin sülh yolu ilə nizama salınmasına alternativin olmadığını vurğulayıb.
Xatırladaq ki, Minskdə Ukraynanın şərqindəki münaqişə bölgəsində atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılıq əldə edilib. Lakin rusiyameylli separatçılar razılaşmanın şərtlərini pozaraq, bölgədə vəziyyəti gərginləşdirirlər.

13:00 / 25.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 14215
Bu ay: 43153
Ümumi: 17263606
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın