/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İŞİD-in rəhbər şəxslərindən biri öldürülüb

Şriftin ölçüsü:  11px13px15px17px

İŞİD terror qruplaşmasının rəhbərliyində ikinci sayılan şəxs İraqda məhv edilib. Ağ Ev Hacı Mutaz adı ilə tanınan terrorçunun avqustun 18-də öldürüldüyünü təsdiqləyib. Hacı Mutaz, əsladı isə Fadhil Əhməd Əl Xəyali olan terrorçu Mosul şəhəri yaxınlığında avtomobildə hərəkətdə olarkən ABŞ-a məxsus pilotsuz təyyarənin zərbəsi nəticəsində məhv edilib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi bu barədə məlumat verib. Onun sözlərinə görə, Əl Xəyali ilə birlikdə İŞİD-də KİV-lərlə əlaqələrə cavabdeh olan Əbu Abdullah da öldürülüb. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi əlavə edib ki, Hacı Mutaz İŞİD-də “Baş əlaqələndirici” vəzifəsini icra edib. O, İraq və Suriya arasında silah-sursat, nəqliyyat vasitələri və canlı qüvvənin daşınmasına cavabdeh olub. İŞİD-in 2014-cü ildə Mosula hücumunun planlaşdırılmasında əsas rolu da Mutaz oynayıb. Onun, həmçinin, “Əl Qaidə” terror təşkilatının üzvü olduğu bildirilir. Ağ Ev bu şəxsin ölümünün İŞİD-in əməliyyatlarına mənfi təsir göstərəcəyinə əmindir. ABŞ qüvvələri İraqa yeridilənədək Əl Xəyali İraq ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edib. Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra isə o, ordu sıralarından uzaqlaşdırılaraq Kemp Bukka həbsxanasına yerləşdirilib. Azadlığa çıxandan sonra “İŞİD” terror qruplaşmasına qatılıb.

13:00 / 22.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 14523
Bu ay: 265719
Ümumi: 13755335
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın