/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Yunanıstan növbəti yardımı alır

Şriftin ölçüsü:  11px13px15px17px

Yunanıstana növbəti yardım proqramı qəbul edilib. Söhbət Avropa Sabitləşdirilmə Mexanizminin Direktorlar Şurasının təsdiqlədiyi 86 milyard avro məbləğindən gedir. Proqramda nəzərdə tutulan məbləğin ilk hissəsi -yəni, 13 milyard avrosu yunanıstana bu gün veriləcək. Yunanıstan avropa sabitləşdirmə mexanizmindən 13 milyard avro məbləğində ilk kredit tranşı əldə edəcək. Ümumilikdə isə birinci kredit tranşının cəmi həcmi 26 milyard avrodur. Yerdə qalan 13 milyard avronun 10 milyardı yunanıstan banklarının rekapitallaşdırılmasına və güclənməsinə yönəldiləcək. Digər 3 milyard avro isə noyabrın sonunadək təqdim olunacaq. Bu pul hesabına hökumət Avropa Mərkəzi Bankı qarşısındakı borc öhdəliyini yerinə yetirə biləcək. Qeyd edək ki, daha əvvəl avrozonaya daxil olan bütün ölkələrin parlamentləri Yunanıstana 86 mlrd avro məbləğində maliyyə yardımının ayrılmasını dəstəkləmişdi. Yardım proqramı 3 il ərzində həyata keçiriləcək. Lakin, sənədi dəstəkləyənlər bildiriblər ki, avrozonaya daxil olan ölkələr Yunanıstanın borc yükünü yüngülləşdirməyə hazır olsalar da, borcun silinməsindən söhbət getmir. Kreditorlar əlavə ediblər ki, 86 milyard avrodan başqa Yunanıstan banklarının təkrar kapitallaşdırılması üçün 25 mlrd. Avro da lazımdır. Bunun müqabilində isə rəsmi Afina ƏDV islahatı, Milli Statistika Agentliyinin yenidən qurulması və pensiya sistemində dəyişikliklərlə bağlı müvafiq qanunlar qəbul etməlidir.

13:00 / 20.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 16845
Bu ay: 284886
Ümumi: 13774502
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın