/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Hələ də koalisiya qurulmayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Türkiyədə Ədalət və İnkişaf Partiyasının bir aydan artıqdır davam edən koalisiya hökuməti qurmaq cəhdləri baş tutmadı. Müxalifət prezidentdən bu haqqı seçkilərdə ikinci olan partiyaya verməsini tələb edib. Koalisiya danışıqları üçün nəzərdə tutulan müddətin bitməsinə çox az vaxt qaldığını nəzərə alsaq, hazırda bu, inandırıcı görünmür. İyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərindən sonra heç bir partiya iqtidar olmaq üçün yetərsayı əldə edə bilmədi. Buna görə də ölkə prezidenti koalisiya qurmaq səlahiyyətlərini ən çox səs toplayan partiyanın sədrinə vermişdi. Lakin, Əhməd Davudoğlu 40 günlük müddət ərzində yeni hökuməti formalaşdıra bilmədi. O, dünən axşam ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək koalisiya qurmaq səlahiyyətlərini təhvil verib. Konstitusiyaya görə, indi prezident seçkilərdə ikinci olmuş CHP-nin sədri Kamal Kılıçdaroğlunun da hökumət formalaşdırmasına şans verməlidir. Lakin, əksər ekspertlər bunun baş verməyəcəyini düşünürlər. Prezident sarayındakı son müzakirələrdən belə görünür ki, hazırda dövlət başçısının əsas istəyi erkən seçkilərin keçirilməsidir. Bu halda isə müvəqqəti hökumət qurulmalıdır. Ötən gün yüksək seçim qurumunun iclasında da erkən seçim mövzusu müzakirə olunub. Amma konstitusiyaya görə, seçkilər ən az 90 gün ərzində təşkil olunmalıdır. Bu vaxtı azaltmağa yalnız yüksək seçim qurumunun səlahiyyətləri imkan verir. Bununla belə, baş nazir vəzifəsini kimin icra edəcəyi və seçim hökumətinin necə formalaşacağı maraq doğurur. Növbədənkənar seçkilər 4 partiyanın 7 iyunda aldığı səslərə də təsir edə bilər. İlk dəfə 10 faizlik səddi keçən Xalqların Demokratik Partiyasının seçicilərin etimadını itirəcəyi gözlənilir. Çünki son baş verən terror hadisələri göstərdi ki, bu partiyanın bütün ölkəni təmsil etmək iddiası real deyil. Ancaq HDP rəsmiləri bu fikirlərin ortaya atılmasını hakimiyyəti itirmiş AKP tərəfindən partiyaya qarşı antitəbliğat planı kimi dəyərləndirirlər. Proseslər göstərir ki, erkən seçim qaçılmazdır. Amma, bir sual hər kəs üçün qaranlıq qalıb. Növbədənkənar seçkilərdə də oxşar nəticə olsa, nə baş verəcək?

13:00 / 19.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 8026
Bu ay: 69170
Ümumi: 17289623
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın