/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Hökümət ərzaqları məhv edir əhali isə onların kasıb təbəqəyə paylanmasnı istəyir

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyada avqustun 6-da Qərbin sanksiyalarına cavab olaraq Moskvanın tətbiq etdiyi embarqoya məruz qalmış məhsulların ləğv edilməsinə başlanılıb. İki gün ərzində 350 ton qadağan olunmuş məhsul məhv edilib.
Rusiya hökumətinin qərarına əsasən, ölkəyə qeyri-leqal yolla gətirilən məhsullar yalnız sərhəddə deyil, ölkənin hər bir yerində məhv ediləcək. Yeganə istisna işğal edilmiş Krımdır. Bir çox rusiyalı isə belə "ərzaq qırğını"-na qarşıdır və hökumətin qərarı ölkədə güclü ictimai rezonans doğurub. 250 min nəfər hökumətin qərarını dəyişməsi üçün petisiya imzalayıb. Tanınmış şəxslər ərzağın ehtiyacı olanlara verilməsinə çağırırlar.
Smolensk sakinləri də məhv edilmək üçün nəzərdə tutulmuş məhsulları evlərinə aparmağa başlayıblar. İnsanlar poliqonlardan əsasən pomidor və şaftalı aparırlar. Yerli sakinlərin sözlərinə görə, "qadağan olunmuş" meyvələr istifadəyə yararlıdır. Həmin ərzaq mallarının kasıblara paylanması üçün ölkədə vəsadət qaldırılıb. İnternetdə dərc olunan vəsadətə 300 min insan imza atıb. Dövlət rəsmiləri isə vəsadətə ciddi yanaşmayıblar.
Sosial şəbəkələrdə isə prezident Putinin verdiyi bu qərarı gülünc sayanlar karikaturalar çəkib paylaşırlar. Qeyd edək ki, ölkədə bəzi idxal məhsullarına embarqo Qərbin sanksiyalarına cavab olaraq tətbiq edilib.

13:00 / 08.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 14654
Bu ay: 43592
Ümumi: 17264045
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın