/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ukraynada vəziyyət yenidən gərginləşib

Şriftin ölçüsü:  11px13px15px17px

Minskdə Ukrayna üzrə təmas qrupunun növbəti görüşü keçirilib. Donbasda isə vəziyyət gərgin olaraq qalır. Ukrayna üzrə təmas qrupu Minskdə keçirilən danışıqlarda Donbasın xüsusi statusuna dair razılıq əldə edə bilməyib. Bunu qondarma Luqansk Xalq Respublikasının nümayəndəsi Vladislav Deyneqo bəyan edib. “Donbasın xüsusi statusuna dair məsələ açıq qalır. Müzakirələr videokonfrans rejimində davam etdiriləcək. Ümid var ki, məsələ “ölü nöqtədən” tərpənəcək”, deyə Deyneqo bildirib. Bu arada ötən gün separatçılarla qarşıdurmada dörd Ukrayna əsgəri ölüb. Bu barədə Ukrayna antiterror əməliyyatı qrupunun sözcüsü Andrey Lısenko açıqlama verib. Bildirib ki, son sutka ərzində Luqansk və Donetskda gedən döyüşlərdə on beş Ukrayna hərbçisi yaralanıb. Mariopolda aksiya keçirilib. Fəallar Minskdə, Ukrayna üzrə təmas qrupunun toplantısında razılamanın əldə edilməsini istəyirlər. Mariupol sakinlərinin sözlərinə görə, razılaşma baş tutmazsa, şəhərin təhlükəsizliyi sual altında olacaq. Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyaya qarşı iqtisadi sanksiyalar paketi hazırlayıb. Bunu nazir Pavel Klimkin müsahibəsində bəyan edib. “Sanksiyalar paketi hazırdır və Nazirlər Kabinetinə göndərilib. “Ümid edirəm ki, sənəd təsdiq ediləcək”, deyə P.Klimkin bildirib. Onun sözlərinə görə, Rusiya Krımla bağlı danışıqlara getmək məcburiyyətində qalacaq. “Əminəm ki, belə olacaq. Bunun səbəbi tək sanksiyalar deyil, iqtisadi durumdur. Sanksiyalar tətbiq edilibsə, heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz”, deyə P.Klimlin əlavə edib.

13:00 / 04.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 5438
Bu ay: 256634
Ümumi: 13746250
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın