/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Ermənistanda mitinqlər davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən minlərlə Ermənistan vətəndaşı yenidən İrəvanın mərkəzindəki Baqramyan prospektində oturaq askiya başlayıblar. Etirazçılar Serj Sarkisyanın iqamətgahı yaxınlığında toplaşsa da polis onların qarşısında dayanaraq aksiyaçılara irəli getməyə imkan vermir. Hadisə yerinə gələn bir qrup siyasətçi və mədəniyyət xadimi polislə aksiya iştirakçıları arasında "canlı sədd" qurublar.
İrəvanın mərkəzində aksiya keçirilən əraziyə əlavə polis qüvvələri cəlb edilib. Polislərin əllərində dəyənək və qalxan var. Aksiya keçirilən ərazidə gecə saatlarında işıqlar söndürülüb. Aksiyaya bir qrup müxalifətdən olan deputatlar və hakim partiyanın nümayəndəsi, təhsil naziri Armen Aşotyan da qatılıb. Bir neçə deputat, mədəniyyət və şou-biznes nümayəndələri polis və etirazçılar arasında “canlı sədd” yaradıb.
İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz edən minlərlə vətəndaş zibil qablarını Baqramyan prospektinə gətirib. Etirazçılar zibil qablarından polis qüvvələrinin qarşısında barrikadalar qurublar. Nümayiş iştirakçıları zibil qablarını polislərin güman edilən hücümündan qorunmaq üçün istifadə etmək istəyir. Bununla belə yürüşün təşkilatçıları etirazçılara hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf heç nə atmamaq xahişi ilə müraciət ediblər.
Rusiya Ermənistandakı hadisələri diqqətlə izləyir. Ümid edirik ki, tez bir zamanda vəziyyət qanuna uyğun olaraq tənzimlənəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirlikləri də İrəvanda etiraz aksiyasının dağıdılması zamanı polisin güc tətbiq etməsindən narahat olduqlarını bildiriblər. Xatırladaq ki, ötən gün dövlət başçısı üç etirazçını qəbul etməyə hazır olduğunu bildirmişdi. Lakin bu təklif etirazçılar tərəfindən müsbət qarşılanmadı. Onlar belə bir görüşün ancaq media nümayəndələrinin iştirakı ilə mümkün olacağını bəyan etdi. Buna cavab olaraq polis səhər saatlarında İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıtdı. 250-yə yaxın şəxs həbs olundu. Bu gecə Sarkisyan 5 etirazçını qəbul etməyə hazır olduğunu bəyan etsədə aksiyaçılar bu təklif də rədd ediblər. Aksiya internet üzərindən canlı yayımlanır. Gecə saat 3 dən sonra aksiya iştirakçılarının bəziləri meydanı tərk etsədə bu gün erkən saatlardan yenidən insanlar prezident igaməthanının ətrafına toplaşmağa başlayıb.

09:00 / 24.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 3897
Bu ay: 238802
Ümumi: 14373163
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın