/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

İrəvanda aksiya iştirakçıları döyülərək həbs edildilər

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanın paytaxtı İrəvanda etirazçılara qarşı güc tətbiq edilib. Polislə qarşıdurma nəticəsində elektrik energisinin qiymətinin bahalaşmasına qarşı çıxan nümayişçilərdən 18 - nin xəsarət aldığı bildirilir. 200 -dən çox aksiyaçı saxlanılıb. Onlara qarşı cinayət işi açılıb. Ermənistanın paytaxtı İrəvanda 4 gün öncə başlayan aksiya polis tərəfindən dağıdılıb. Paytaxtın mərkəzi küçələrinə axışaraq elektrik enerjisinin qiymətinin qalxmasına etiraz edən minlərlə vətəndaşa qarşı polis əməkdaşları güc tətbiq ediblər. Oturaq aksiya keçirən yüzlərlə vətəndaş döyülüb, çoxusu həbs edilib. Qarşıdurma nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 3 nəfərin vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Qarşıdurma nəticəsində 11 polis əməkdaşının xəsarət aldığı bildirilir.
Faktla bağlı Ermənistan baş prokurorluğunda dələduzluq və ictimai asayişin pozulması maddəsilə 237 nəfər nümayişçi barəsində cinayət işi açılıb. Onların bir il müddətinə həbs və 50 min dram məbləğində cərimə olunacağı gözlənilir.
Qarşıdurma zamanı həbs edilənlər arasında mediya nümayəndələri də var. Aksiyanı işıqlandırmağa çalışan erməni jurnilast Paylak Faqradyan döyülərək saxlanılıb. Onun sözlərinə görə polis əməkdaşları rəisin gözü qarşısında ona qarşı güc tətbiq ediblər. Mediya nümayəndəsi onunla yanaşı başqa həmkarının da zorakılığa məruz qaldığını bildirib. Qeyd edək ki, qarşıdurma nəticəsində erməni saytlarından birində çalışan jurnalist Aida Ovannisyana məxsus kamera da polis əməkdaşları tərəfindən sındırılıb.

17:00 / 23.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 43
Bu gün: 8032
Bu ay: 298017
Ümumi: 14432378
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın