/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Etiraz aksiyaları genişlənir

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanda elektrik enerjisinin qiymətinin qaldırılmasına qarşı etiraz aksiyaları səngimir. İrəvanda “Işğala son”, "Talana son" şüarı altında keçirilən nümayiş artıq ölkənin digər ərazilərinə də yayılıb. Paytaxtın mərkəzinə toplaşan etirazçılara Gümrüdən də dəstək gəlib. Nümayişçilər prezident sarayına doğru hərəkət etməyə çalışsalar da, polis bunun qarşısını alıb. Prezident iqamətgahının mühafizəsi gücləndirilib. Mülki geyimli şəxslər isə KİV nümyəndələrini tədricən ərazidən kənarlaşdırmağa çalışırlar. Vəziyyəti ələ almaq üçün ölkə başçısı Serj Sarqisyan qərar qəbul edib. O, nümayişçilərin yürüşə son qoyacaqları təqdirdə fəallardan ibarət üç-dörd nəfəri qəbul etməyə hazır olduğunu bildirib. Amma etirazçılar təklifi rədd edərək bunun onlar üçün məqbul olmadığını bəyan ediblər. Polisin müqavimətinə oturaq aksiya keçirməklə etiraz edən nümayişçilərin bu cəhdi də baş tutmayıb. Belə ki, polislər irəvanın mərkəzindəki oturaq aksiyanı dağıtmağa müvəffəq olub. 15 dəqiqə davam edən əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb.
Vəziyyəti yüngülləşdirmək məqsədilə İrəvanın polis rəisi Aşot Karapetyan nümayişçilərlə görüşüb. O, aksiya iştirakçılarını ictimai asayişi pozmamağa, Baqramyan prospektini tərk edərək Opera Teatrının qarşısındakı meydana keçməyə çığırıb. Tələbi isə yaxınlıqda yaşayan vətəndaşların rahatlığının pozulması ilə əsaslandırıb. Lakin etirazçılar bu arqumentlərə məhəl qoymadan Baqramyan prospektini tərk etməyəcəklərini bildiriblər. Nümayişçilər prezident Serj Sarkisyanın bütün kütlənin qarşısına çıxmasını tələb edirlər. Və bu zaman kütləvi informasiya vasitələrinin iştirakında israrlıdırlar.

12:00 / 23.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 1868
Bu ay: 151609
Ümumi: 14285970
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın