/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Sarksiyanın təklifi qəbul olunmadı

Şriftin ölçüsü:  11px13px15px17px

Ermənistanda “Işğala son”, "Talana son" şüarı ilə keçirilən böyük etiraz aksiyası artıq ölkənin hər yerini bürüyür. Azadlıq meydanına yığışaraq hökümətin istefasını tələb edən minlərlə etirazçıya Gümrüdən də dəstək gəlib.
Ermənistanda minlərlə insan ölkədə elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq günlərdir nümayiş keçirir. Nümayişçilər İrəvanda prezident sarayına doğru hərəkət etsələr də, onların yürüşü polis əməkdaşları tərəfindən dayandırılıb. Prezident sarayı artıq çoxlu sayda polis əməkdaşları ilə əhatə olunub. Bundan əlavə, bildirilir ki, mülki geyimli şəxslər kiv nümyəndələrini tədricən ərazidən kənarlaşdırmağa çalışırlar.
Serj Sarkisyan nümayişçilərin yürüşə son qoyacaqları təqdirdə fəallardan ibarət üç-dörd nəfəri qəbul etməyə razılıq verib. Etirazçılar isə bu təklifi rədd ediblər və bunun onlar üçün məqbul olmadığını bildiriblər. Hazırda polis Baqramyan prospektində nümayişçiləri mühasirəyə alıb, mitinqiçlər isə buna cavab olaraq sərbəst yürüş tələb edərək oturaq aksiyaya başlayıblar.
Polisin hədələrinə məhəl qoymayan nümayişçilər zorakılıqla qarşılaşacaqları halda etiraz dalğasının böyüyəcəyini bəyan ediblər. İrəvan polisi isə aksiya davam edəcəyi təqdirdə güc tətbiq edə biləcəyi barədə kütləvi nümayiş iştirakçılarına xəbərdarlıq edib. "Polis öz səlahiyyətlərinin icrası zamanı qanun pozucularına qarşı güc və digər vasitələr tətbiq etmək hüququna malkdir", - deyə aksiyaçılara xəbərdarlıq olunub. Qeyd edək ki, 4 gündür Ermənistanın paytaxtı İrəvanda minlərlə etirazçı elektrik enerjisi qiymətlərinin artırılmasına qarşı aksiya keçirir.

09:00 / 23.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 3975
Bu ay: 238880
Ümumi: 14373241
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın