/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

NATO - Rusiya münasibətləri pik həddə

Şriftin ölçüsü:  11px13px15px17px

NATO-Rusiya münasibətlərindəki gərginlik hər gün daha da dərinləşir. Avropaya nəzarət məsələsində tərəflərin bir - birinə güzəştə getməməsi, barışığın tezliklə əldə olunmayacağını göstərir. Polşada keçirilən hərbi təlimlər müharibəyə hazırlıq kimi dəyərləndirilir.
«Nato çevik qüvvələrinin Polşada keçirilən təlimləri, hərbi alyansın istənilən ölkəyə qısa zamanda daxil ola biləcəyini nümayiş etdirmək məqsədi daşıyır». Bu bəyanatı təşkilatın baş katibi Yens Stoltenberq səsələndirib. Onun sözlərinə görə «Şimali Atlantika bloku»-nun narahatlığı heç də əbəs deyil. Belə ki, Rusiyanın gündən-günə artan təziqləri Avropada sabitliyin qorunub saxlanacağına ümidləri alt-üst edir.
NATO - nun Polşada həyata keçirdiyi hərbi təlimlərdə üzv ölkələrin 2 mindən çox əskəri iştirak edir. Bundan başqa onlarla tank, helikopter, zirehli texnika manevrlərə cəlb olunub. Prosesə münasibət bildirən Rusiyanın Müdafiə Nazirliyi, Kalinqraddakı hərbi bazanın raket ehtiyatının artırıla biləcəyi barədə məlumat verib. Xarici işlər və müdafiə nazirliklərinin birgə bəyanatında qərbin mənasız xofunun Şərqi Avropada dəhşətli nticələrə səbəb olacağı, bu kimi riskli vəziyyətdə Moskvanın geriyə addım atmayacağı bildirilir.
«Birləşmiş Ştatlar və NATO, Rusiyanı hər tərəfdən mühasirəyə almaq və dünya ictimaiyyətində «Moskva təhlükəli düşməndir» fikri yaratmaq istəyirlər. Amerika Dövlət Departamentnin keçmiş əməkdaşı və tarixçi - jurnalist Vilyam Blum belə deyib. Onun sözlərinə görə hazırda ən böyük təhlükə vaşintondan gəlir və Rusiyanın narahatlığı təbiidir. «Əgər Rusiya, Kanada və ya Meksikada qoşun yerləşdirsəydi, bu amerikalıları məmnun edərdimi? Amerika dərhal müharibəyə başlardı» - deyən Vilyam Blum, Moskvaya da hörmətlə yanaşılmalı olduğunu bildirib.

17:00 / 16.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 12697
Bu ay: 263893
Ümumi: 13753509
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın