/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Təyyarələr keçmiş prezidentin rayonunu bombaladı

Şriftin ölçüsü:  11px13px15px17px

Ötən gün koalisiya qüvvələri Yəməndə sabiq prezident Əli Abdulla Salehin doğulduğu dağlıq Sənhan rayonuna hava zərbələri endirib. Bu arada üsyançılarla mübarizə üçün Səuidiyyə Ərəbistanın Pakistandan yardım istədiyi deyilir. Hava zərbələrindən ərazidə dağıntı və xəsarət alanlar barədə məlumat verilmir. Hazırda Yəmənin sabiq prezidentinin məhz Sənhanda gizləndiyi bildirilir. Səudiyyə Ərəbistanı Yəməndə husi üsyançılarla mübarizə məqsədləri üçün İslamabaddan yardım istəyib. Bu barədə Pakistan Müdafiə Nazirliyi xəbər yayıb.
Pakistanın müdafiə naziri Həvaca Məhəmməd Asif Ər-Riyadın Pakistandan hərbi gəmi, aviasiya və əsgəri qüvvə istədiyini bildirib. Nazir İslamabadın koalisiyaya qoşulmaq barədə Ər-Riyadın təklifinə necə münasibət bildirəcəyini açıqlamayıb. Bu məsələ hazırda Pakistan parlamentində müzakirə olunur. Pakistan indiyədək Yəməndə münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdar olub.
Xatırladaq ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars Körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən husilərə qarşı hərbi əməliyyata başlayıb

13:00 / 07.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 9639
Bu ay: 286651
Ümumi: 20721916
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın