/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Dünya

Poroşenko referendum keçirməyə hazırdı

Şriftin ölçüsü:  11px13px15px17px

Ukrayna prezidenti Pyotr Poroşenko regionlara daha geniş siyasi səlahiyyətlərin verilib-verilməməsi üçün referenduma hazır olduğunu deyib. Poroşenko ukraynalıların çoxunun unitar dövlətin saxlanmasına səs verəcəyinə əmin olduğunu bildirib.
Poroşenko Ukrayna konstitusiyasına dəyişikliklər üzərində işləyən parlament komissiyasının üzvlərinə deyib ki, ölkənin dövlət strukturu ilə bağlı referendum yalnız komissiya bunun zəruri olduğunu hesab etdiyi təqdirdə keçirilə bilər. Bununla belə, prezident Poroşenko bildirib ki, sorğulara əsasən, Ukrayna əhalisinin 90 faizi unitar modelə dəstək verir. Separatçılar keçən ilin may ayında Ukraynanın şərqində Donetsk və Luqans bölgələrində “xalq respublikaları” elan etdikdən sonra ölkənin bu regionlarında referendum keçirib. Rəsmi Kiyev səsvermənin nəticələrini tanımayıb. Prezident Poroşenko eyni zamanda bildirib ki, ölkənin yeganə rəsmi dili Ukrayna dili olmalıdır və əhalinin üçdə iki hissəsi bunu dəstəkləyir. Qondarma Donetsk Xalq Respublikasının rəsmisi Andrey Purqinin Poroşenkonun Ukraynanın unitar dövlət kimi saxlanılması və Ukrayna dilinin rəsmi dövlət dili olduğuna dair bəyanatlarını tamamilə qəbuledilməz adlandıraraq, bunun bu ilin əvvəli Kiyev və separatçılar arasında əldə edilmiş atəşkəsə dair razılıqla ziddiyyət təşkil etdiyini deyib. Bu arada ölkə prezidneti Donbas regionuna qismən nəzarət edən rusyapərəst separatçılarla aparılan danışıqlar nəticəsində daha 16 ukraynalı hərbçinin azad edildiyini bildirib. Poroşenko deyib ki, rəsmi Kiyev hər bir ukraynalının taleyi uğrunda mübarizəyə hazırdır. Bu arada, separatçılar əsir götürdükləri bütün Ukrayna hərbiçilərini qarşı tərəfə təhvil verdiklərini və beləliklə razılaşmalara tam əməl etdiklərini bildiriblər.

09:00 / 07.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 4895
Bu ay: 88703
Ümumi: 17802874
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın