
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi Almaniya vətəndaşı olan qızla evlənib. Əl-bağdadinin yeni həyat yoldaşı bu yaxınlarda Suriyadan keçməklə Avropadan İraqa gəlmiş gənc xanımdır. Nikah mərasimi Mosul məhkəməsinin dəftərxanasında yüksək məxfilik şəraitində və təhlükəsizlik tədbirləri görülməklə keçirilib. Yeni evlilərin hazırda Mosulda olduqları və ya Suriyaya köçdükləri məlum deyil. Qeyd edək ki, 70-dən çox qadın Almaniyadan İŞİD-ə qoşulmaq üçün Suriyaya və İraqa üz tutub. Qadınların arasında 25 yaşdan kiçikləri üstünlük təşkil edir, 9-u isə hələ yetkinlik yaşına çatmayıb.
13:00 / 03.04.2015